...

Ermənistan Prezidenti Serj Sarkisyan xristianlığı da alver obyektinə çevirdi

Siyasət Materials 24 Oktyabr 2012 13:11 (UTC +04:00)
Avropa Xalq Partiyasının qurultayı Ermənistan ətrafında sövdələşmə mübarizəsinin getdiyi dövrə düşdü. Rusiyadan Ermənistana, Ermənistandan Rusiyaya yüksək vəzifəlilərin səfərlərinin intensiv dövründə prezident Serj Sarkisyan Avropa Xalq Partiyası qurultayında iştirak etmək üçün Rumıniyaya səfər etdi və bu qurultayda çıxış etdi.
Ermənistan Prezidenti Serj Sarkisyan xristianlığı da alver obyektinə çevirdi

Mübariz Əhmədoğlu - Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq

Avropa Xalq Partiyasının qurultayı Ermənistan ətrafında sövdələşmə mübarizəsinin getdiyi dövrə düşdü. Rusiyadan Ermənistana, Ermənistandan Rusiyaya yüksək vəzifəlilərin səfərlərinin intensiv dövründə prezident Serj Sarkisyan Avropa Xalq Partiyası qurultayında iştirak etmək üçün Rumıniyaya səfər etdi və bu qurultayda çıxış etdi. Avropa Xalq Partiyası Avropa Parlamentində Ramil Səfərovla bağlı səhv qətnamənin qəbulunda həlledici rol oynamışdı. Azərbaycana barmaqarası yanaşan bu partiyada Ermənistan 3 partiya ilə təmsil olunur. Ermənistandan üzv partiyaların seçimi də Sarkisyanın istəyinə uyğun aparıldı.

Real müxalifət partiyalarını üzv qəbul etmədilər. Aİ, o cümlədən Avropa Xalq Partiyasının tədbirlərində Sarkisyan dəfələrlə bəyan edib ki, Ermənistanın Avropaya münasibətinin əsasında xristianlıq dayanır. İndiki mərhələdə Rusiyadan istədiyini ala bilməyən, getdikcə zəifləyən, prezident seçkiləri ərəfəsində olan Ermənistan Prezidentinin bu "konseptual kursu" sağlam əsasa söykənmir, situativ kursdur.

Rusiyanın maraqlarına uyğun olan MDB məkanında azad ticarət zonası haqqında müqaviləni ratifikasiya edən Ermənistan eyni zamanda Aİ ilə də azad ticarət zonası haqqında müqavilə imzalamaq arzusundadır. Atılan bu addımlar ölkə rəhbərliyinin Ermənistanın dövlət müstəqilliyi, "erməni soyqırımı", Dağlıq Qarabağın müstəqilliyi kimi ideallaşdırılmış ideyaların alver obyektinə çevirdiyini sübut edir. Avropa Xalq Partiyasının qurultayında xristianlığı az qala şüara çevirdiyi çıxışı isə ermənilər üçün müqəddəs sayılan yuxarıdakı ideyaları alver obyektinə çevirən Sarkisyanın bir az da irəli gedərək xristian dəyərlərini də alver obyektinə çevirdiyini göstərir. Hər halda xristianlığı alver obyektinə çevirməklə Prezident Serj Sarkisyan müasir dövrdə "xristianlıq makleri" titulunu qazana bilər.

Sovet dövrünün komsomol, komminist ateizmi məktəbindən keçmiş Sarkisyan indi həmin "sədaqətlə" xristianlığa xidmət edir. Rusiyada xristianlığa siyasi aspektdən dəyər verilmədiyi üçün Sarkisyan Avropada öz xristianlıq maklerliyi üçün yaxşı bazar tapıb. Erməni qriqorianlığının mahiyyəti belə alverə şərait yaradır. Əhalini soyqırıma məruz qoymaq, deportasiya etmək, demokratik prinsiplərə məhəl qoymamaq, qonşulara badalaq gəlmək, konfliktogenliyi milli xüsusiyyət halına gətirmək, terrorizmi dövlət siyasətinə çevirmək heç vaxt xristianlıq idealı olmayıb. "Ağdam heç vaxt erməni torpağı olmayıb", - deyən Serj Sarkisyan indi bu torpaqda hərbi təlimə rəhbərlik edir. Belə xristianlıq olmur. Avropa məkanı Sarkisyanın və eləcə də digər ermənilərin yalan bazarını, o cümlədən xristianlıq üzərində yaratdıqları yalan bazarını bağlamalıdır. Özünün cüzi marağının təmin olunmasından ötrü Sarkisyan bütün dünyada müsəlman-xristian qarşıdurması salmağa hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti