...

Azərbaycanın hakim partiyası İran prezidentliyinə namizədin təxribat xarakterli bəyanatına mövqeyini açılayıb

Siyasət Materials 8 Fevral 2013 14:10 (UTC +04:00)
İranda prezidentliyə namizəd olan ayətullahın ölkəsinin indiki durumunda qonşu ölkələrə, o cümlədən Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməsi onun sərbəst təfəkkürə malik olmamasından xəbər verir.
Azərbaycanın hakim partiyası İran prezidentliyinə namizədin təxribat xarakterli bəyanatına mövqeyini açılayıb

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir E.Mehdiyev/

İranda prezidentliyə namizəd olan ayətullahın ölkəsinin indiki durumunda qonşu ölkələrə, o cümlədən Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməsi onun sərbəst təfəkkürə malik olmamasından xəbər verir. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov ayətullah Səid Məhəmməd Xərrazinin Tacikistana, Azərbaycana və Ermənistana olan ərazi iddialı bəyanatına münasibət bildirərkən deyib.

Əhmədov bunu sərbəst təfəkkürə malik siyasətçinin bəyanatı hesab etmir.

"İranın özünün bu gün beynəlxalq aləmdə çox ciddi problemləri var. İran əslində bu gün malik olduğu sərhədləri çərçivəsində qala bilib-bilməyəcəyi barədə düşünməlidir. Belə olan halda özünü İranda prezidentliyə real namizəd sayan birinin regionun siyasi xəritəsini dəyişmək iddiasına düşməsini ən yumşaq formada sərsəmlik adlandırmaq olar. Biz bunu ciddi bəyanat hesab etmirik", - Əli Əhmədov bildirib.

Qeyd edək ki, ayətullah Səid Məhəmməd Bokiri Xərrazi bu yaxınlarda bəyan edib ki, İrandan ayrılmış torpaqların qaytarılması onun seçkiqabağı kampaniyasının əsas proqramı olacaq: "İrandan ayrılmış Tacikistan, Ermənistan və Azərbaycan torpaqlarını qaytaracağam".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti