...

AŞ PA nümayəndə heyəti Ermənistana gələcək

Siyasət Materials 14 Fevral 2013 13:56 (UTC +04:00)
Norveçli deputat Karin Uoldsetin başçılıq etdiyi AŞ PA-nın 31 nəfərdən ibarət nümayəndə heyəti fevralıb 16-19-da Ermənistanda səfərdə olacaq.
AŞ PA nümayəndə heyəti Ermənistana gələcək

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Norveçli deputat Karin Uoldsetin başçılıq etdiyi AŞ PA-nın 31 nəfərdən ibarət nümayəndə heyəti fevralıb 16-19-da Ermənistanda səfərdə olacaq.

Trend-in cümə axşamı "Armenia Today"ə istinadən verdiyi məlumata görə, səfərdə məqsəd Ermənistanda fevralın 18-də keçiriləcək prezident seçkilərində müşahidəçilik missiyasını həyata keçirməkdir.

Müşahidəçi missiyası ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidəçiləri ilə birgə həyata keçiriləcək. Venesiya Komissiyasının xahişi ilə AŞ PA nümayəndə heyəti müşahidəçilik missiyası çərçivəsində hüquqi yardımı təmin edəcək.

Səsvermə gününədək AŞ PA nümayəndə heyəti prezidentliyə namizədlər və onların nümayəndələri, Mərkəzi Seçki Komissiyasının sədri, vətəndaş cəmiyyətinin və KİV nümayəndələri ilə görüşlər keçirməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti