...

Ermənistan müxalifəti prezident seçkilərinin nəticələrilə razı deyil

Siyasət Materials 18 Fevral 2013 23:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Prezidentliyə namizəd Raffi Ovannisyanın seçkiöncəsi qərargahının nümayəndəsi bildirib ki, Serj Sarkisyanın 58 faiz səs alması haqqında exit-poll-un məlumatına inanmır. Trend-in İnterfaksa istinadən verdiyi məlumata görə, Ovannisyanın qərargahının nümayəndəsi Armen Martirosyan deyib ki, bu göstəricilərə tamamilə inanmır.

The Gallup Organization tərəfindən keçirilmiş exit-poll-un nəticələrinə görə, "İrs" partiyasının sədri R.Ovannisyan səslərin 32 faizini yığıb.

Digər namizədlər hələ vəziyyətlə bağlı mövqeyini açıqlamır.

Ermənistanda dövlət başçısı postu uğrunda yeddi namizəd mübarizə aparıb. Bunlar hazırki prezident, hakim Respublika Partiyasının lideri Serj Sarkisyan, "İrs" partiyasının sədri Raffi Ovanisyan, Ermənistan Milli Konqresindən ayrılmış "Azadlıq" Partiyasının lideri, keçmiş baş nazir Hrant Baqratyan, Paruyr Ayrikyan, Arman Melikyan, Vardan Sedrakyan və Andrias Qukasyandır.

Xəbər lenti

Xəbər lenti