...

"Komandante"nin qayıdışı bayram edilir

Siyasət Materials 19 Fevral 2013 03:10 (UTC +04:00)
Venesuela prezidenti Huqo Çaves Kubada keçdiyi iki aylıq müalicədən sonra vətəninə gətirilib.
"Komandante"nin qayıdışı bayram edilir

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Venesuela prezidenti Huqo Çaves Kubada keçdiyi iki aylıq müalicədən sonra vətəninə gətirilib. Trend RBK-ya istinadən xəbər verir ki, prezidentin vəzifə başına gəlməsi tarixi hələ bəlli deyil.

Venesuelanın Cənubi Amerika ölkələri üzrə rabitə və informasiya naziri Ernesto Vileqas deyib ki, onlar prezidentin vətənə qayıtması ilə bağlı bayramların təşkili ilə məşğuldurlar.

Çaves ötən ilin dekabr ayında onkoloji xəstəlik üzündən Havanada əməliyyat olunub. Bu, onun keçirdiyi dördüncü əməliyyat olub. Sonra "komandante" müalicə kursu keçib.

Vileqas əlavə edib ki, Çavesin vəziyyəti ağır olsa da, onun mənəvi və fiziki gücü bu xəstəliyə qalib gəlməyə kömək edəcək.

Qeyd edək ki, Çaves Karakasdakı hərbi hospitalda müalicəsini davam etdirir.

Xəbər lenti

Xəbər lenti