...

Nizami Cəfərov: Türkiyə Prezidentinin erməni həmkarını təbrik etməsi tələsik qərar idi

Siyasət Materials 21 Fevral 2013 13:27 (UTC +04:00)
Azərbaycanın millət vəkili hesab edir ki, Türkiyə Prezidenti Abdullah Gülün Ermənistan Prezidenti Serj Sarkisyanı yenidən prezident seçilməsi münasibətilə təbrik etməsi tələsik bir qərar idi.
Nizami Cəfərov: Türkiyə Prezidentinin erməni həmkarını təbrik etməsi tələsik qərar idi

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri hesab edir ki, Türkiyə Prezidenti Abdullah Gülün Ermənistan Prezidenti Serj Sarkisyanı yenidən prezident seçilməsi münasibətilə təbrik etməsi tələsik bir qərar idi.

"Mənə elə gəlir ki, bu, tələsik bir qərar idi. Təbii ki, biz Türkiyənin daxili işlərinə qarışa bilmərik. Bununla yanaşı, Azərbaycanın möqeyini gözləmək mənasında ya təbrik etməyə bilərdi, ya da təbriki gecikdirə bilərdi", - bu barədə cümə axşamı Trend-ə millət vəkili Nizami Cəfərov deyib.

O qeyd edib ki, onsuz da Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqə yoxdur.

"Biz bu təbrikə nə etiraz edə bilərik, nə də bunu qəbul edə bilərik. Əslində Türkiyə əvvəllər də Ermənistana daha çox jestlər edirdi. Təbii ki, Türkiyə böyük dövlətdir və bu mənada müəyyən jestlər edirdi ki, Ermənistanla münasibətləri qaydaya salsın, bəlkə ermənilər "soyqırım" məsələsini qaldırmaqdan imtina edələr", - Cəfərov deyib.

Millət vəkilinin sözlərinə görə, lakin faktiki olaraq vəziyyət başqa şey göstərdi, məlum oldu ki, ermənilər geri çəkiləsi deyil.

Bu baxımdan Cəfərov hesab edir ki, Türkiyə Ermənistana münasibətdə bir az sərt mövqe tutsa daha yaxşı olar, çünki sərt mövqe göstərəndə ermənilər geri çəkilirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti