...

Riçard Morninqstar Kürdəmirə səfər edib

Siyasət Materials 21 Fevral 2013 16:32 (UTC +04:00)
Trend El TV-yə istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstarın və xanımı Feyt Pirs Morninqstarın Kürdəmir, Gəncə və Mingəçevirə səfər proqramı başlayıb.
Riçard Morninqstar Kürdəmirə səfər edib

Azərbaycan, Bakı, 21 fevral /Trend/

ABŞ-ın ölkəmizdəki səfiri Kürdəmirə səfər edib.

Trend El TV-yə istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstarın və xanımı Feyt Pirs Morninqstarın Kürdəmir, Gəncə və Mingəçevirə səfər proqramı başlayıb. Fevralın 21-də səfir ilk olaraq Kürdəmir rayonuna səfər edib. Səfər çərçivəsində Riçard Morninqstar əvvəlcə Kürdəmir rayon İcra Hakimiyyətinə gəlib. Burada səfiri İcra Hakimiyyətinin başçısı İrşad Əliyev qarşılayıb və ardınca nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə iqtisadi, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrində görulən işlər müzakirə edilib.

İrşad Əliyev ABŞ səfirliyinin maliyyə dəstəyi ilə Kürdəmir Mərkəzi kitabxanasında yerləşən "Amerika Mərkəzi"nin fəalyyətini yüksək qiymətləndirib. O, mərkəz tərəfindən rayon əhalisinin informasiya təminatının ödənilməsi məqsədilə pulsuz internet xidmətinin göstərildiyini, müxtəlif dil kursları, dərnəklər, maarifləndirici təlimlər və tədbirlərin keçirildiyini qeyd edib. İcra başçısı rayonda aparılan abadlıq işləri çərçivəsində yeni infrastruktur layhələrinin həyata keçirildiyini, insanların həyat və məişət şəraitinin yaxşılaşdırılması və rayon iqtisadiyyatının inkişaf etdirilməsi üçün müxtəlif proqramların icra edildiyini səfirin diqqətinə çatdırıb.

ABŞ-ın təkcə Bakıya deyil, butövlükdə Azərbaycana təyin edilən səfiri olduğunu qeyd edən Riçard Morninqstar isə öz növbəsində, regionlara səfərinin əsas məqsədinin yerli əhali ilə görüşmək, ABŞ-Azərbaycan əməkdaşlığını inkişaf etdirmək, regionlardakı Amerika mərkəzlərinin fəaliyyəti ilə maraqlanmaq, burada təhsil alan uşaqlarla görüşmək və kitabxanaların işi ilə yaxından tanışlıq olduğunu bildirib.

Görüş zamanı Dağlıq Qarabağ probleminin mövcud durumu da müzakirə edilib. İcra Hakimiyyətinin başçısı İrşad Əliyev çıxışı zamanı bildirib ki, Dağlıq Qarabağ probleminin hələ də həll olunmaması Qafqaz regionunun inkişafına mənfi təsir göstərir. Səfir isə ABŞ-ın münaqişənin beynəlxalıq hüququn prinsiplərinə uyğun olaraq tezliklə həll olunması üçün səylərini əsirgəmədiyini və bundan sonra da davam etdirəcəyini söyləyib. O, ATƏT-in Minsk qrupunun fəaliyyətinə də münasibət bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti