...

Prezident Administrasiyasının şöbə müdiri: ATƏT-in missiyasını daha çox bəzi daxili və regional məsələlərlə yükləyirlər

Siyasət Materials 4 Aprel 2013 18:42 (UTC +04:00)
ATƏT-in Bakı ofisinin statusunun dəyişdirilməsi məsələsi Azərbaycanın xarici siyasət fəaliyyəti çərçivəsində çox da önəmli məsələ deyil.
Prezident Administrasiyasının şöbə müdiri: ATƏT-in missiyasını daha çox bəzi daxili və regional məsələlərlə yükləyirlər

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbirlər A.Axundov, M.Əliyev/

ATƏT-in Bakı ofisinin statusunun dəyişdirilməsi məsələsi Azərbaycanın xarici siyasət fəaliyyəti çərçivəsində çox da önəmli məsələ deyil. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"ATƏT-in hər bir ölkədə missiyası var. ATƏT ümumiyyətlə hökumətlərarası təşkilatdır, ATƏT-ə üzv ölkələrin hər biri bəlli səlahiyyət veriblər və mərkəzləşmiş şəkildə ATƏT bu səlahiyyətlər çərçivəsində bir missiya həyata keçirir. Bu da təhlükəsizlik və əməkdaşlıq məsələləridir. Azərbaycan təhlükəsizlik və əməkdaşlıq məsələləri üzrə ATƏT-lə indiyə qədər olduğu kimi, bundan sonra da əməkdaşlığını davam etdirəcək. Lakin bəzən ATƏT-in missiyasını təhlükəsizlik və əməkdaşlıq məsələlərindən kənar, daha çox bəzi daxili və regional məsələlərlə yükləyirlər, ATƏT bəzən özünün əsas missiyasından uzaqlaşır. Buna görə də Azərbaycan bununla bağlı öz arzu və istəyini ortaya qoyub", - Həsənov əlavə edib.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Bakı ofisinin statusunun azaldılması ilə bağlı ATƏT-ə sorğu göndərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti