...

Ermənistanın Rusiyadakı səfirliyi önündə etiraz aksiyası keçiriləcək

Siyasət Materials 9 Aprel 2013 15:14 (UTC +04:00)
Bu gün Ermənistanın Rusiyadakı səfirliyi önündə "İnqilabi salamlama" müxalifət hərəkatının tərəfdarları hökumətin yalanlarına və 18 fevral tarixində Ermənistanda keçirilən seçkilərdə kütləvi saxtalaşdırmaya qarşı etiraz aksiyası keçiriləcək.
Ermənistanın Rusiyadakı səfirliyi önündə etiraz aksiyası keçiriləcək

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Bu gün Ermənistanın Rusiyadakı səfirliyi önündə "İnqilabi salamlama" müxalifət hərəkatının tərəfdarları hökumətin yalanlarına və 18 fevral tarixində Ermənistanda keçirilən seçkilərdə kütləvi saxtalaşdırmaya qarşı etiraz aksiyası keçiriləcək. Trend-in məlumatına görə, bu barədə "VKontakte" sosial şəbəkəsində "Salam, Rusiya" adlı səhifədə yerləşdirilən məlumata istinadən "Armenia Today" agentliyi xəbər yayıb.

Məlumata görə, etiraz aksiyası Ermənistanda xalq hakimiyyətinin tanınması məqsədilə, habelə təkrar və şəffaf seçkilərin keçirilməsi və seçilmiş prezidentin alternativ inauqurasiyası tələbləri ilə keçiriləcək.

Aksiya iştirakçıları Rusiya Prezidentini qeyri-qanuni prezidentin ünvanına təbriklərini geri çağırmağa səsləmək niyyətindədirlər.

"Sizi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı son dərəcə düzgün aparmağa, tədbirin çərçivəsindən kənara çıxmamağa və hər hansı tərəfin mümkün provokasiyalarına uymamağa cağırırıq", - aksiya təşkilatçılarının yaydığı bəyanatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti