...

Azərbaycan və Belarusun Daxili Qoşunları arasında əməkdaşlıq məsələləri müzakirə ediləcək

Siyasət Materials 10 Aprel 2013 16:53 (UTC +04:00)
Trend-in hərbi mənbələrə istinadən verdiyi xəbərə görə, aprelin 11-nə keçən gecə Belarus Daxili Qoşunlarının komandanı, polkovnik Yuri Hacımuradoviç Karayevin başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfərə gələcək.
Azərbaycan və Belarusun Daxili Qoşunları arasında əməkdaşlıq məsələləri müzakirə ediləcək

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İ.İzzət/

Belarus Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının nümayəndə heyəti bu gecə Azərbaycana gələcək.

Trend-in hərbi mənbələrə istinadən verdiyi xəbərə görə, aprelin 11-nə keçən gecə Belarus Daxili Qoşunlarının komandanı, polkovnik Yuri Hacımuradoviç Karayevin başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfərə gələcək.

Belarus nümayəndə heyətinin Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlar komandanı general-leytenant Zakir Həsənov və digər rəsmi şəxslərlə görüşü gözlənilir.

Karayevin başçılıq etdiyi nümayəndə heyətinin Bakı səfəri zamanı iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın mövcud durumu və genişləndirilməsi məsələləri müzakirə ediləcək.

Protokol xarakteri daşıyan səfər 2 gün davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti