...

İlham Əliyev İranın Prezidentinə başsağlığı verib

Siyasət Materials 12 Aprel 2013 16:36 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejada başsağlığı verib.
İlham Əliyev İranın Prezidentinə başsağlığı verib

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejada başsağlığı verib.

"Hörmətli cənab Prezident, Buşəhr vilayətində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, onlara səbr, yaralananlar və xəsarət alanlara şəfa diləyir, dağıntıların nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.
Allah rəhmət eləsin!", İlham Əliyevin başsağlığı məktubunda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti