...

ABŞ Dövlət Departamentinin nümayəndəsi Gəncədə olub

Siyasət Materials 15 Aprel 2013 16:57 (UTC +04:00)
ABŞ Dövlət Departamentinin Qafqaz və regional münaqişələr üzrə struktur bölməsinin rəhbəri Castin Fridman Gəncədə olub.
ABŞ Dövlət Departamentinin nümayəndəsi Gəncədə olub

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İ.İzzət/

ABŞ Dövlət Departamentinin Qafqaz və regional münaqişələr üzrə struktur bölməsinin rəhbəri Castin Fridman Gəncədə olub.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, şəhər rəhbərliyi ilə görüşdə ikitərəfli münasibətlər barədə müzakirələr aparılıb.

ABŞ rəsmisi bildirib ki, bu onun Gəncəyə ikinci səfəridir və onun əvvəlki səfərindən sonra şəhərdə çox böyük dəyişikliklər müşahidə olunur.

Görüşdə, həmçinin insan hüquqları və qanunun aliliyi məsələlərinə də toxunulub. Qeyd olunub ki, ölkəmizdə bu sahədə aparılan işlər təqdirəlayiqdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti