...

Mixail Zabelin Nabranda keçirilmiş tədbirdə çıxışına aydınlıq gətirib

Siyasət Materials 13 İyun 2013 20:20 (UTC +04:00)
Rusiya ilə münasibətlər regional səviyyədə inkişaf edir. Bu barədə cümə axşamı Trend-ə Milli Məclisin deputatı Mixail Zabelin deyib.
Mixail Zabelin Nabranda keçirilmiş tədbirdə çıxışına aydınlıq gətirib

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir M.Əliyev/

Rusiya ilə münasibətlər regional səviyyədə inkişaf edir. Bu barədə cümə axşamı Trend-ə Milli Məclisin deputatı Mixail Zabelin deyib.

Baş nazirin keçmiş müavini Abbas Abbasovun son bəyanatları ilə bağlı Zabelin bildirib ki, Rusiya ilə münasibətlərin sabitləşməsini, yaxşılaşmasını istəyən təkcə Abbas Abbasov deyil.

Deputat bildirib: "Buna ilk növbədə Azərbaycan Prezidenti tərəfindən təşəbbüs göstərilir. Bu yaxınlarda Volqoqradda keçirilmiş humanitar forum Rusiya ilə münasibətlərdə daha bir səhifədir".

Zabelin, həmçinin Nabranda düşərgənin açılması ilə əlaqədar keçirilmiş təntənəli tədbirdə çıxışına aydınlıq gətirib.

O deyib: "Abbas Abbasovun rəhbərlik etdiyi Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyəti Nijeqorod vilayətindəki uşaq evlərindən uşaqların səfərini təşkil edib. Uşaq düşərgəsinin təntənəli açılış mərasimində Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinə və uşaq evlərindən Azərbaycana gələrək ölkə mədəniyyəti ilə tanış olacaq uşaqların səfərində iştirak edən hamıya təşəkkürümü bildirdim. Mən uşaqların səfərini maliyyələşdirən hər kəsə minnətdarlığımı bildirdim".

Millət vəkili qeyd edib ki, bütün Azərbaycan üçün çox böyük işlər görən Heydər Əliyevin və indiki Prezident İlham Əliyevin kursuna həmişə sadiq olub və olmaqdadır: "Prezident İlham Əliyevin siyasətinə kölgə salacaq istənilən insanı həmişə qınayacağam. Əgər Abbas Abbasovun bəyanatında respublika rəhbərliyinin ünvanına hər hansı mənfi fikir səslənibsə, şübhəsiz, bu addımı pisləyirəm. Abbas Abbasovu tanıdığım qədərilə, o, həmişə bəyan edib ki, Heydər Əliyev və İlham Əliyevə sadiqdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti