Prezident İlham Əliyev: Azərbaycan artıq dünya miqyasında bir nəqliyyat mərkəzinə çevrilib (FOTO)

Prezident İlham Əliyev: Azərbaycan artıq dünya miqyasında bir nəqliyyat mərkəzinə çevrilib (FOTO)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 10-da Yevlax hava limanının açılışında iştirak edib.

Dövlətimizin başçısı əvvəlcə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Mərasim iştirakçılarını salamlayan Prezident İlham Əliyev deyib: "Yenidən Yevlaxda olmağımdan çox məmnunam. Mən son illər ərzində dəfələrlə Yevlax rayonunda olmuşam, müxtəlif tədbirlərdə, açılışlarda bərabər iştirak etmişik. Bu gün isə yeni aeroportun açılışını edirik. Çox gözəl hadisədir, böyük rəmzi məna daşıyır. Çünki Yevlax aeroportunun yenidən fəaliyyətə başlaması çox əlamətdar hadisədir, ölkəmizin inkişafını, gücünü göstərir. Onu göstərir ki, vaxtilə yaradılmış bütün vacib infrastruktur obyektləri bu gün yenidən qurulur, bərpa edilir və daha da müasir görkəm alır. Bildiyiniz kimi, Yevlax aeroportu sovet dövründə fəaliyyət göstərirdi. O vaxt uçuş-enmə zolağı o qədər böyük deyildi, ancaq kiçik təyyarələri qəbul edə bilərdi. Bu gün isə yeni zolaq tikilmişdir. İstənilən təyyarə enə bilər - "Boeing", "Aerobus", digər təyyarələr. Bütün beynəlxalq standartlara cavab verən bir aeroportdur və Azərbaycanın nəqliyyat infrastrukturunun yenidən qurulmasında bu aeroportun çox böyük rolu olacaqdır".

İlham Əliyev bildirib ki, son illər ərzində Azərbaycanda nəqliyyat sektoruna çox böyük sərmayələr qoyulmuşdur, investisiyalar cəlb edilmişdir - həm xaricdən, həm daxildən. Bu investisiyalar daha çox dövlət büdcəsi hesabına qoyulur və beləliklə, Azərbaycan artıq dünya miqyasında bir nəqliyyat mərkəzinə çevrilmişdir:

"Bizim çox əlverişli coğrafi mövqeyimiz vardır. Ancaq əgər nəqliyyat infrastrukturu olmasa, bu coğrafi yerləşmə böyük əhəmiyyət kəsb etməz. Məhz son illərdə bu sahəyə qoyulan investisiyalar Azərbaycanı artıq bir logistika-nəqliyyat mərkəzinə çevirmişdir. Bizim nəqliyyatımızın bütün növləri bu gün ən yüksək standartlara cavab verir, o cümlədən hava nəqliyyatı. Bu sahəyə xüsusi diqqət verilir və son illərdə Azərbaycanda tikilmiş aeroportlar, alınan yeni müasir təyyarələr və sərnişinlərə göstərilən xidmət bizim inkişafımızı əyani şəkildə göstərir".

Prezident xatırladıb ki, son 10 il ərzində Azərbaycanda bir neçə aeroport yenidən quruldu - Naxçıvan, Gəncə və Lənkəran. Bu aeroportlardan beynəlxalq uçuşlar başlamışdır. Eyni zamanda, 3 yeni aeroport tikilmişdir ki, heç vaxt olmamışdır - Zaqatala, Qəbələ və Heydər Əliyev Aeroportunun yeni aerovağzal kompleksi və yeni infrastrukturu. Bu gün açılışa hazırlanan Heydər Əliyev Beynəlxalq Aeroportu dünya miqyasında ən gözəl, ən müasir aeroportlardan biridir və yaxın zamanlarda fəaliyyətə başlayacaqdır:

"Yevlax aeroportunun da nəqliyyat sahəsində öz yeri var və şadam ki, bu layihə də qısa müddət ərzində icra edilmişdir. Bu, mənim bilavasitə göstərişimlə icra edilən layihədir. Əminəm ki, bu aeroportun fəaliyyəti Azərbaycan iqtisadiyyatına bir töhfə olacaqdır. Bütövlükdə nəqliyyatla bağlı bütün məsələlər uğurla icra edilir - yollar tikilir, o cümlədən kənd yolları. Yevlax rayonunda da kənd yolları tikilir, dəmir yolu yenidən qurulur. Bakıda ən böyük dəniz limanı tikilir. Xəzər dənizindən böyük dəniz limanı Bakıda olacaqdır. Gəmiqayırma zavodu tikilir, gəmilər alınır. Yəni, biz bu məsələlərə kompleks şəkildə yanaşırıq və beləliklə, bu gün nəqliyyat infrastrukturunun mövcudluğu bizə yeni imkanlar verir. Əlbəttə ki, biz Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətini səbirsizliklə gözləyirik. Bu layihə də Azərbaycan tərəfindən bir təşəbbüs kimi irəli sürülmüşdür. Bizim tərəfdaşlar, qonşularımız bu layihəyə böyük dəstək vermişlər. Bakı-Tbilisi-Qars dəmir yolu birgə səylərlə tikilir və tikiləndən sonra dünya miqyasında yeni bir dəhliz olacaqdır. Həm məsafə baxımından, həm iqtisadi səmərə nöqteyi-nəzərindən bu layihənin çox böyük iqtisadi və siyasi mənası vardır. Nəzərə alsaq ki, Şimal-Cənub dəhlizi də Azərbaycan ərazisindən keçir, biz bu dəhlizin inkişafında da maraqlıyıq və öz səylərimizi qoyuruq. Beləliklə, hesab edirəm ki, son 10 ildə nəqliyyatla bağlı qarşıda duran bütün vəzifələr artıqlaması ilə icra edildi və bu gün açdığımız aeroport bunun növbəti sübutudur. Yevlax rayonunun inkişafına gəldikdə, çox şadam ki, son illərdə inkişaf çox sürətli olmuşdur".

Dövlət başçısı deyib ki, böyük quruculuq işləri aparılmışdır, Yevlax müasir şəhərə çevrilmişdir. Böyük infrastruktur obyektləri, abadlıq işləri, parklar, xiyabanlar, bulvar tikilmişdir:

"Keçən dəfə burada olarkən bulvarda da oldum. Çox şadam ki, bu müsbət təcrübə artıq burada da tətbiq olunur. Bakı bulvarı bildiyiniz kimi, genişlənir və artıq yaxın zamanlarda 14 kilometrə çatacaqdır. Yevlax bulvarı tikilib. Kür çayı üzərində yerləşən digər şəhərlərdə bulvarlar tikilir. Bu, gözəl bir təşəbbüsdür və istirahət yeridir, insanların rahatlığı üçün yaradılan yerlərdir. Yevlaxda digər istirahət zonaları yaradılmışdır, parklar, bağçalar, iş yerləri. Bu, mənim Yevlaxa altıncı səfərimdir və son müddət ərzində mən dəfələrlə burada müxtəlif açılışlarda iştirak etmişəm. Çox şadam ki, Yevlax çox sürətlə inkişaf edir və rayonun gələcək inkişafı ilə bağlı əlavə tədbirlər görüləcəkdir. Burada qazlaşdırma uğurla gedir. Şəhər tam qazlaşdırılıbdır və hesab edirəm ki, yaxın aylarda bütün kəndlər də qazlaşdırılacaqdır. Yəni, qazlaşdırma 100 faizə çatacaqdır. İçməli su-kanalizasiya layihəsinin icrası gözlənilir və hesab edirəm ki, bir il ərzində, yaxud da, il yarım ərzində bu məsələ də öz həllini tapacaqdır. Çünki bu, çox ciddi məsələdir. Bildiyiniz kimi, indi ölkə üzrə hər bir yerdə içməli su, kanalizasiya layihələri icra edilir, o cümlədən Yevlaxda da bu, icra ediləcəkdir. Kənd yollarının tikintisi gedir. Bu gün biz bir kənd yolunun açılışını qeyd edəcəyik. Yəni, bütün infrastruktur layihələrinin icrası müsbət istiqamətdə gedir".

İlham Əliyev qeyd edib ki, bu layihələrin mütləq əksəriyyəti Azərbaycanın dövlət büdcəsi hesabına reallaşır və büdcəmiz də son 10 il ərzində 20 dəfə artmışdır: "Yəni, hesab edirəm ki, dünya miqyasında belə artım heç bir yerdə müşahidə olunmur. İqtisadi artım əlbəttə ki, büdcə xərclərinin artımına gətirib çıxarmışdır və bütün iqtisadi uğurlar məqsədyönlü şəkildə ölkəmizin, regionların inkişafına yönəldilir. Şadam ki, ikinci regional inkişaf proqramı uğurla başa çatır. Növbəti proqram hazırlanır və növbəti 5 il ərzində hər bir rayon üzrə, o cümlədən Yevlax rayonu üzrə əlavə tədbirlərin görülməsi nəzərdə tutulur.

Mən bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Əminəm ki, gələcəkdə biz sizinlə hələ çox görüşəcəyik. Çünki burada açılışlar çox olacaqdır və gözəl tədbirlərdə bir-birimizi təbrik edəcəyik. Sağ olun".

Yevlaxın inkişafına göstərdiyi diqqət və qayğıya görə rayon ictimaiyyəti adından Prezident İlham Əliyevə minnətdarlığını bildirən Şahin Kərimov deyib: "Möhtərəm cənab Prezident, icazə verin, yevlaxlılar adından Sizi salamlayım, şəhərimizə "Xoş gəlmisiniz!" deyim. Son 10 ildə ölkəmiz böyük nailiyyətlər əldə etmişdir. Artıq indi bizim güclü dövlətimiz vardır. Biz öz güclü dövlətimizlə fəxr edirik! Hər bir azərbaycanlı fəxr edir ki, o, Azərbaycanın vətəndaşıdır, güclü Azərbaycan dövlətinin vətəndaşıdır. Bu güclü dövləti Siz bizə bəxş etmisiniz, cənab Prezident. Bu gün açılışına toplaşdığımız bu hava limanı Azərbaycanın yeni bir nailiyyətidir. Bu hava limanından təkcə yevlaxlılar deyil, ətraf rayonların əhalisi də istifadə edəcək, sərbəst uçuşlar edəcəkdir. Eyni zamanda, bu hava limanı Yevlaxın iqtisadiyyatına böyük uğur gətirəcəkdir. Möhtərəm cənab Prezident, belə hava limanları, Sizin dediyiniz kimi, Azərbaycanın müxtəlif bölgələrində açılmışdır. Bunlar hamısı Vətənimizə, xalqımıza xidmət edəcəkdir. Bütün bunlara görə Sizə yevlaxlılar adından öz dərin minnətdarlığımı bildirirəm".

Gənclər adından çıxış edən Əli Quliyev Azərbaycanda yürüdülən gənclər siyasətinə verdiyi töhfələrə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək deyib: "Möhtərəm cənab Prezident, bu gün hər bir yevlaxlı, hər bir gənc fəxr edir, öz doğma şəhəri ilə qürur hissi keçirir. Qürur hissi ilə demək istəyirəm ki, son 10 ildə şəhərimiz tamamilə dəyişib, yeni görkəm alıb, gözəl, abad bir şəhərə çevrilibdir. Bu, hər birimizi qəlbən sevindirir. Cənab Prezident, Sizin hər dəfə Yevlaxa səfərinizdən sonra şəhərimizdə daha böyük layihələr həyata keçirilir. Buna görə biz Sizi həmişə gözləyirik, həmişə Sizi görmək arzusundayıq. Şəhərimizdə gördüyünüz bütün gözəlliyi, bütün yeniliyi yevlaxlılar məhz Sizin qayğı və diqqətinizdən aldıqları enerji ilə qurub yaradırlar. Şəhərimiz haqqında söylədiyiniz çox dəyərli sözlər yevlaxlıların zəhmətinə verilən ən böyük mükafatdır. Mən inanmıram ki, dünyanın hər hansı bir ölkəsində 10 il ərzində bu qədər yeniliyə, bu qədər tərəqqiyə nail olunsun. Bu, yalnız Azərbaycana və yalnız Sizə məxsusdur, cənab Prezident, gənclərə göstərilən qayğı və diqqət çox yüksək səviyyədədir. Bizim üçün hər cür şərait yaradılıbdır. Belə bir şəraitdə isə gənclərimiz yüksək vətənpərvərlik ruhunda formalaşırlar. Siz bizim üçün Vətəni sevmək nümunəsisiniz. Vətənini sevən, Prezidentini dəstəkləyən bir gənc olaraq bildirmək istəyirəm ki, biz hər an Sizinləyik. Siz də bizə güvənə bilərsiniz. Çünki bizim ürəyimiz Sizinlədir".

Prezident İlham Əliyev: Çox sağ olun.

Azərbaycan Prezidenti hava limanının rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı Yevlax hava limanının planını əks etdirən stendə baxdı.

"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov məlumat verdi ki, Yevlax hava limanı istismar olunduğu dövrdə öz inkişafının iki böyük mərhələsini yaşamışdır. Birinci mərhələ 1978-1980-ci illərdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə respublikanın fəal aerofikasiyasının aparıldığı dövrə təsadüf edir. Bu dövrdə hava limanının fəaliyyəti təkmilləşdirilmiş, kənd təsərrüfatı aviasiyasının təmin edilməsi üçün baza yaradılmışdı. Bu çərçivədə uzunluğu 1600, eni 35 metr olan uçuş-enmə zolağı yenidən qurulmuşdu. Uçuş-enmə zolağı işıq-siqnal sistemi ilə təchiz edilmiş, uzaq və yaxın ötürücülər, radiomayak, pelenqator və dispetçer radiolokatoru quraşdırılmışdı. Bu, "Yak-40" reaktiv təyyarələrinin gecə-gündüz qəbulunu təmin etməyə və hava gəmilərində Bakı-Yevlax-Bakı, Yevlax-Naxçıvan-Yevlax, Yevlax-Minvod-Yevlax istiqamətlərində uçuşların açılmasına imkan vermişdi. Sərnişinlərə xidmət göstərilməsi üçün saatda 100 sərnişin buraxılış qabiliyyəti olan aerovağzal binası da inşa olunmuşdu. Həmin vaxtlar perronda, eyni zamanda, 4 "Yak-40" təyyarəsi yerləşə bilirdi. İkinci istiqamət üzrə "AN-2" tipli kənd təsərrüfatı təyyarələrinə xidmət göstərilməsi üçün baza yaradılmış, onlar üçün anqar, bu təyyarələrin aviasiya və radio avadanlıqlarına xidmət laboratoriyası və akkumulyator binası tikildi. O dövrdə yanacaq-sürtkü materialları anbarı və "AN-2" təyyarələri üçün 60 dayanacaq inşa edilərək hava limanı genişləndirilmişdi. Uçuş və texniki-mühəndis heyətləri, onların ailələri üçün istirahət və yaşayış şəraiti yaradılmışdı. Aviaşəhərciyin ərazisi abadlaşdırılmış, buradakı klub və digər sosial təyinatlı obyektlər təmir edilmişdi.

Prezident İlham Əliyevin diqqət və qayğısı Yevlax hava limanının inkişafında mühüm mərhələ olmuşdur. Məhz bu diqqət və qayğı nəticəsində qısa müddətdə yeni uçuş-enmə zolağı, perron, yönəldici yol inşa edilmiş, aerovağzal müasirləşdirilmiş, yardımçı bina və tikililər yenidən bərpa olunmuşdur.

Bildirildi ki, milli aviasiyamızın tarixində mühüm yer tutan Yevlax hava limanı bu ilin martından başlayan tikinti-quraşdırma işləri nəticəsində ən müasir standartlara uyğun yenidən qurulmuşdur. Burada həyata keçirilən işlər ölkəmizdə gedən inkişaf proseslərinin əyani sübutudur.

Hava limanının texniki-iqtisadi göstəriciləri barədə məlumat verilərkən diqqətə çatdırıldı ki, yenidənqurma işləri nəticəsində 2520 metr uzunluğunda, 40 metr enində, ümumi sahəsi 105 min kvadratmetr olan asfalt-beton örtüklü yeni uçuş-enmə zolağı salınmışdır. Əvvəllər isə uçuş-enmə zolağının uzunluğu cəmi 1200 metr idi. Bununla yanaşı, 345 metr uzunluğunda, 25 metr enində, ümumi sahəsi 10,7 min kvadratmetr olan yeni asfalt-beton örtüklü yönəldici yolun tikintisi, sahəsi 30,8 min kvadratmetr olan yeni asfalt-beton örtüklü perronun, sahəsi 1200 kvadratmetr olan aerovağzalın yenidən qurulması da görülən işlər sırasına daxildir. Uçuş-enmə zolağı, yönəldici yol və perron xaricdə istehsal olunan işıq-siqnal sistemləri ilə təchiz edilmişdir. Burada sərnişinlərin uçuşa gediş və gəliş zonaları, qeydiyyat masaları, kafe, brifinq və hava limanının işçiləri üçün ofis otaqları yaradılmışdır. Ümumi sahəsi 1300 kvadratmetr olan və dispetçer məntəqəsinin yerləşdiyi dördmərtəbəli bina da tamamilə yenidən qurulmuşdur.

Qeyd olundu ki, vağzalyanı meydan abadlaşdırılmış, 60 avtomobil tutumlu dayanacaq tikilmişdir. Hava limanının fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün transformator yarımstansiyası inşa olunmuş, 1300 metr uzunluğunda 10 kilovoltluq iki elektrik xətti çəkilmişdir. Bundan əlavə, radionaviqasiya sistemlərinin və işıq-siqnal avadanlığının elektrik enerjisi ilə təmin olunması üçün transformator yarımstansiyası tikilmiş və 250 kilovolt gücündə dizel generatoru quraşdırılmışdır. Burada təhlükəsizliyin təmin olunması üçün aeroport boyu 9 kilometr uzunluğunda mühafizə hasarı çəkilmişdir. Uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Yevlax hava limanında Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələb və normalarına cavab verən, Avropa istehsalı olan radio və meteoavadanlıq - enmə sistemi, meteosistem, hava hərəkətini idarəetmə sistemi və rabitə sistemi quraşdırılmışdır. Bir çox iritutumlu təyyarələri qəbul etmək gücündə olan Yevlax hava limanı sərnişin daşımaları ilə yanaşı, ölkəmizdə kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaqdır. Hava limanına yeni yol salınmış, böyük abadlıq işləri görülmüşdür.

Dövlətimizin başçısı sakinlərlə söhbət etdi.

Prezident İlham Əliyev: Yevlaxda da aeroportu bərpa etdik.

Sakin: Hər şeyimiz var idi, bir aeroportumuz yox idi.

Sakin: İndi dünyada nələrin baş verdiyini yaxşı görürük. Ölkələrdə müharibələr gedir, insanlar bir-birini qırır, aclıq, səfalət dünyanı başına götürüb gedir, şəhərlər dağılır. Ancaq Azərbaycan dinamik şəkildə inkişaf edir. Buna görə Sizə dərin təşəkkürümüzü bildiririk. Ölkəmiz dinamik, hərtərəfli, əhatəli inkişaf edir. Mən bu sahədə az-çox təcrübəli insan kimi görürəm ki, Siz infrastrukturdan başladınız. Bunlar çox yerində olan addımlar idi. İndi ölkəmizdə bütün sahələr inkişaf edir, özü də inkişaf çox sürətlə gedir. Dünyanın super dövlətləri vardır ki, onları iğtişaşlar bürüyüb. Onlar ixtisarlar edirlər, maaşları azaldırlar, kəsirlər. Ancaq şükürlər olsun ki, Sizin rəhbərliyiniz sayəsində ölkəmiz sürətlə inkişaf edir. Hər gün televizorda görürük, Siz içməli su, kanalizasiya xətlərinin açılışını edirsiniz. Bunlardan savab, bunlardan önəmli heç nə ola bilməz. Siz bununla insanların qəlbini fəth edirsiniz, sevincini qazanırsınız. Sağ olun, var olun! Tanrı Sizi qorusun, cənab Prezident!

Prezident İlham Əliyev: Azərbaycan doğrudan da inkişaf edir.

Sakin: Respublika gözəlləşdikcə, rayonlarımız gözəlləşdikcə biz ağsaqqallar və ağbirçəklər də gözəlləşirik.

Prezident İlham Əliyev: Əlbəttə.

Sakin: Sizinlə fəxr edirik. Bütün Yevlax rayonu, hamı Sizinlə fəxr edir.

Prezident İlham Əliyev deyib: "Sağ olun. Biz Yevlax rayonunun timsalında Azərbaycanın dinamik inkişafını görürük. Siz də qeyd etdiyiniz kimi, indi dünyada böhran davam edir. İqtisadi böhran bir neçə il bundan əvvəl başlamışdır, sonra maliyyə böhranına çevrilmişdir. Bundan başqa, dediyiniz kimi, müxtəlif yerlərdə siyasi böhran yaşanır, müharibələr, qarşıdurmalar, vətəndaş müharibələri. Azərbaycan isə öz yolu ilə gedir. Azərbaycan dinamik şəkildə, təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində inkişaf edir. Sabitlik əsas idi. Biz 1990-cı illərin əvvəllərini yaxşı xatırlayırıq. O vaxt sabitlik yox idi. Müstəqillik əldə edən gənc dövlət demək olar ki, müstəqilliyini əldən verirdi. Ancaq Heydər Əliyevin rəhbərliyi altında sabitlik yarandı. Azərbaycan inkişafa qədəm qoydu və bu gün də bu yolla gedir".

Dövlət başçısı bildirib ki, son illər ərzində Azərbaycan regional inkişaf proqramlarının icrası nəticəsində böyük bir yol keçmişdir:

"Siz də qeyd etdiyiniz kimi, infrastruktur layihələrindən başladıq. İlk növbədə, elektrik enerjisi. Çünki bunsuz heç bir inkişaf mümkün deyildir. Ondan sonra yollar, qaz, su xətləri, nəqliyyat infrastrukturu. Özəl sektora dəstək verildi. Fermerlərə 100 milyonlarla manat kreditlər verildi. İldən-ilə artan pensiyalar, maaşlar, sosial ödəmələr bu gün Azərbaycan reallıqlarını təşkil edir. Deyə bilərəm ki, dünya miqyasında iqtisadi və sosial məsələlərin həlli işində son illər ərzində Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur. Bu yaxınlarda dünyanın ən mötəbər iqtisadi qurumu olan Dünya İqtisadi Forumu yeni bir hesablama dərc etmişdir ki, orada da rəqabət qabiliyyətliliyinə görə Azərbaycan dünyada 39-cu yerdədir. Bax budur reallıq, budur bizim inkişafımız. Biz bir çox inkişaf etmiş ölkələri geridə qoyduq. Mən bir neçə il bundan əvvəl demişdim ki, biz də inkişaf etmiş ölkəyə çevrilməliyik. Biz buna nail olacağıq.

Növbəti illərdə görüləcək işlər hesabına Azərbaycan daha da sürətlə inkişaf edəcəkdir. Biz yalnız qabağa gedəcəyik, yalnız inkişaf edəcəyik. Bütün regionlar, həmçinin Yevlax daha da gözəlləşəcəkdir. Halbuki indi də çox gözəl şəhərdir, müasir şəhərdir. Mən də hər dəfə gələndə görürəm ki, şəhər gözəlləşib, abadlaşıb. Siz - burada yaşayan insanlar həm bunu görürsünüz, həm də ki, bunu təmin edirsiniz. Yəni bu, sizin zəhmətinizin hesabına baş verir. Sizi təbrik edirəm, sizə uğurlar, cansağlığı arzu edirəm. Gələcəkdə görüşlərimiz hələ çox olacaqdır".

Sakinlər: Çox sağ olun. Sizin rəhbərliyinizlə.

Sakin: Xahiş edirəm, bizim salamlarımızı Mehriban xanıma çatdırın. Deyin ki, biz hamımız onu çox istəyirik. O ki o zərif çiyinlərini Sizin daşıdığınız ağır yükün altına verir, həmişə var olsun, həmişə beləcə bir yerdə olun!

Prezident İlham Əliyev: Çox sağ olun.

Sakin: Allah Sizə cansağlığı versin, xoşbəxt olun! Səmimi sözümdür, Siz yaxşı prezidentlərin ən yaxşısısınız. Biz sizinləyik. Allah Sizi qorusun ki, Siz bu respublikanı daha da gözəlləşdirəsiniz.

Prezident İlham Əliyev: Sağ olun.

Sakin: Mən Bakıda oldum. Aman Allah, Bakı necə gözəldir!

Prezident İlham Əliyev: Yevlax da geri qalmır.

Sakin: Geri qalmır. İndi bütün rayonlar gözəldir. Amma Bakı ümumiyyətlə çox gözəldir. Allah Sizi saxlasın.

Prezident İlham Əliyev: Bütün rayonlar bir-biri ilə yarışır. Mən də deyirəm ki, bu, yaxşı yarışdır, sağlam rəqabətdir.

Sakinlər: Çox sağ olun.

Sonda xatirə şəkli çəkdirildi.

Çində 5 gün ərzində xəstəxana tikilib
Çində 5 gün ərzində xəstəxana tikilib
İranda 96 nəfər koronavirusdan ölüb
İranda 96 nəfər koronavirusdan ölüb
Gürcüstanda hakim partiyanın yeni sədri seçilib
Gürcüstanda hakim partiyanın yeni sədri seçilib
Loading Bars
Xəbər lenti
Bu gün Bakıda 554 küçə dezinfeksiya edilib
Mingəçevirdən Bakıya sərnişin daşıyan sürücü həbs edilib (FOTO)
Ağdam rayonunun Şelli kəndi (FOTO/VİDEO)
Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib
“Azərlotereya” Türkiyənin “YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib - SƏRƏNCAM
BŞİH və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib (FOTO)
Kəlbəcər qəbiristanlığında 27 ildən sonra azan səslənib (VİDEO)
Çində 5 gün ərzində xəstəxana tikilib
Postlardan keçməyə cəhd göstərən 1751 nəqliyyat vasitəsi geri qaytarılıb - STATİSTİKA
İranda 96 nəfər koronavirusdan ölüb
İsmayıllı sakinlərindən 4 ədəd odlu silah götürülüb (FOTO)
Prezident İlham Əliyev dünyaya mesaj verdi ki, Azərbaycan həmişə bəşəri dəyərlərə qiymət verən humanist bir dövlətdir - Tamam Cəfərova
Bu il aktiv məşğulluq və sosial müdafiə proqramları daha da genişlənəcək
Bakının hansı rayonunda koronavirus daha çox yayılıb?
Prezidentin tarixi: Bir zamanlar düşmənlərin “Yallı” getdiyi Cıdır düzünə artıq öz sahibləri qayıdıb
Azərbaycanda koronavirusa yoluxmanın ən çox qeydə alındığı bölgələr
Köçkünlərin azad edilən ərazilərimizə qayıdışı 3 mərhələdə ola bilər - İqtisadçı
Azercell-in Mobil Göz və Mobil Diş Klinikaları 2020-ci il ərzində yüzlərlə insana təmənnasız tibbi xidmət göstərib! (FOTO)
Gürcüstanda hakim partiyanın yeni sədri seçilib
Moskva hava limanlarında onlarla reys təxirə salınıb
Yol polisindən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Şuşa şəhəri elektrik enerjisi ilə təchiz edilib (VİDEO)
Səfərbərlikdən tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya 1700-dən artıq müraciətə baxıb (FOTO)
Biləsuvarda su kanalında qadın batıb
Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq - Vüqar Rəhimzadə
Ermənilər Qarabağda Azərbaycan mədəniyyətinin izlərini silməyə çalışırdılar - Deputat
Bu yollarda karantin postları fəaliyyətini davam etdirəcək - DYP
Bu ərazilərdə karantin postları ləğv edilir - Baş DYP
Gəncədə yaşayış yerini tərk edən COVID-19 xəstələrinə cinayət işi açılıb
Füzuli rayonunun Mirzəcamallı kəndi (FOTO/VİDEO)
54 şəhid ailəsi üzvü tibbi müayinədən keçirildi (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə qanvermə aksiyası keçirilib (FOTO)
Bakıda qar yağacaq, yollar buz bağlayacaq
“BakuBus”un rəhbəri vəzifəsindən azad edilib
Azərbaycan nefti ucuzlaşır
TAP iki ildən bir bazar sınaqları keçirəcək - İcraçı direktor
Rusiyada koronavirusdan ölənlərin sayı 65 mini keçib
Azərbaycanda qaz sayğaclarının uzaqdan oxunmasına start verilib (FOTO)
Karantin rejimi ilə bağlı hansı qərarlar dəyişdi? - Qısa İZAH
Azad olunan ərazilərdə tütünçülüyün inkişafı müzakirə edilib (FOTO)
Azad olunmuş ərazilərimizdə yeni yolların, aeroportların tikilməsi böyük qayıdış üçün vacib prioritetlərdəndir - Deputat
Karantinə getməmək üçün yalnız vaksinasiya yetərli deyil - TƏBİB-dən çağırış
Reza Deqati Fransa kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən danışıb (FOTO/VİDEO)
Polis Yardımlıda əməliyyat keçirdi, keçmiş məhkumdan külli miqdarda narkotik aşkarlandı
Hindistanda dünyanın ən kütləvi peyvəndləməsi başlayıb
Məktəblərlə bağlı gələn həftə qərar veriləcək
Hər bir vətəndaşın vaksinasiyada aktiv iştirakı vacibdir – Şahmar Mövsümov
Vaksinasiyadan sonra da qorunma tədbirlərinə ciddi əməl etməliyik - TƏBİB
Kəlbəcər rayonunun Hacıkənd kəndi (FOTO/VİDEO)
Vaksin seçimində əsas meyar təhlükəsiz və effektlivliyidir - Səhiyyə Nazirliyi
Fevralın 1-dən 65 yaşdan yuxarı vətəndaşların vaksinasiyasına başlanılacaq
Azərbaycana 2 milyon doza Sinovac vaksini gətirilib
Azərbaycanda vaksinlər bu maliyyə mənbələri hesabına alınacaq
Bəzi ölkələrdən diri heyvan və heyvan mənşəli məhsulların gətirilməsinə məhdudiyyət qoyulub
Azərbaycanda vaksinasiya strategiyası açıqlanıb
Əsas məqsəd azad edilmiş ərazilərin bərpasıdır, ancaq koronavirusla mübarizəmiz də davam edir – Şahmar Mövsümov
Şuşada vaksinlərin saxlanma məntəqələri qurulur
Birinci bu şəxslər peyvənd olunacaq - CƏDVƏL
Pandemiya ilə güclü mübarizə üsulları hələ hazır deyil - Səhiyyə Nazirliyi
Gəncədə COVİD-19-a qarşı mübarizə tədbirləri davam edir (FOTO)
Azərbaycanda yanvarın 18-dən koronavirsa qarşı vaksinasiya başlayacaq - Şahmar Mövsümov
Ölkədə COVİD-19-a yoluxma əmsalı 5 faizədək enib - TƏBİB
Tətbiq olunan sərt karantin rejimi öz müsbət nəticələrini verib - Prezidentin köməkçisi (ƏLAVƏ OLUNUB)
Tərtərdə qanunsuz işləyən kompüter zalı aşkar olundu (VİDEO)
Yaxın qohumların dəfnində iştirakla bağlı qərar açıqlanıb
Bu tarixdən bərbərxanalar və gözəllik salonları açılır
Bir gündə cinayət törədən 45 nəfər saxlanılıb
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Operativ Qərargah beynəlxalq və ölkədaxili uçuşlar bağlı məlumat yayıb
Bütün qapalı və açıq məkanlarda maska məcburidir - RƏSMİ
5 şəhər və 12 rayona giriş-çıxış bərpa olunmur
Metronun qapalı qalması və ictimai nəqliyyatın həftəsonu işləməməsi ilə bağlı qərar qüvvədə qalır
Bu tarixdən kafe və restoranlar işləyə biləcək - Operativ Qərargah
Bu sahələrin fəaliyyəti bərpa olunur
SMS icazə ləğv olunur - RƏSMİ
Azərbaycanda sərt karantin rejimi yumşaldılır
"Twitter"in işində qüsurlar yaranıb
TAP-ın buraxılış gücü artırıla bilərmi?
260 qaziyə sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib (FOTO)
Azad edilmiş ərazilərdə layihələrin reallaşdırılması yeni iş yerləri yaradacaq
Azad edilmiş ərazilərdə ilkin olaraq 10 seysmik stansiya quraşdırılacaq
İlham Əliyev müxtəlif siyasi qüvvələrin fikir birliyini təmin edən lider kimi də tarixə düşdü - Tarixçi alim
Ukrayna Azərbaycanı koronavirusla əlaqədar təhlükəli ölkələr siyahısından çıxarıb
Diabetlə əlaqəli fəsadlaşmaların sayının artması büdcəyə ağır maliyyə yükü yaradır - Agentlik sədri
Braziliyada ötən sutka koronavirusdan 1 038 nəfər ölüb
Azərbaycanda istehsalı artmış və azalmış məhsullar açıqlanıb
"Anglo Asian Mining" şirkəti ötən il Azərbaycanda mis istehsalını artırıb
Kompensasiya ilə bağlı şayiələr həqiqəti əks etdirmir - TƏBİB
ABŞ-ın səhiyyə naziri istefaya gedib
Paytaxtın küçələri yenidən dezinfeksiya edilir (FOTO)
Fransada koronavirusdan ölənlərin sayı 70 min nəfərə çatır
Trampın "Facebook" və "İnstagram" hesabları bərpa edilib
Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini vəzifəsinə namizədini açıqlayıb
İranda güclü zəlzələ baş verib
İspaniyada rekord sayda yoluxma halı qeydə alınıb
Cəbhəboyu ərazilərdə əl qumbaraları, mərmilər və minalar aşkarlanıb - ANAMA (FOTO)
BMT-nin baş katibi koronavirusa qarşı vaksinasiya olunacaq
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 709 mindən çox artıb
Meksika sahillərində güclü zəlzələ baş verib
Bütün xəbərlər