...

Putin Nobel Sülh mükafatına namizəddir

Siyasət Materials 5 Mart 2014 15:19 (UTC +04:00)
Rusiya Prezidenti Vladimir Putinin 2014-cü il Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb. Trend-in məlumatına görə, bu barədə "Reuters" Norveçin Nobel İnstitutunun direktoru Geyr Lundestada istinadən xəbər verir.
Putin Nobel Sülh mükafatına namizəddir

Azərbaycan, Bakı, 5 mart /Trend/

Rusiya Prezidenti Vladimir Putinin 2014-cü il Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb. Trend-in məlumatına görə, bu barədə "Reuters" Norveçin Nobel İnstitutunun direktoru Geyr Lundestada istinadən xəbər verir.

Nobel Komitəsinin üzvləri ilkin olaraq dünyada, o cümlədən Ukrayna, Venesuela və Tailandda baş vermiş hadisələri nəzərə alaraq öz təkliflərini təqdim ediblər.

G.Lundestadın sözlərinə görə, Sülh mükafatına rekord sayda - 278 nəfərin namizədliyi irəli sürülüb: "Onlar arasında Roma Papası Fransisk, pakistanlı fəal Malala Yusufzay və Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Edvard Snoudenin də adı var. 47 təşkilat da Sülh mükafatına namizəd göstərilib".

Sülh mükafatının qalibi oktyabrın ikinci cümə günündə elan ediləcək, mükafatlandırma mərasimi isə Alfred Nobelin ölümünün ildönümündə, dekabrın 10-da keçiriləcək.

Qeyd edək ki, ötən il Nobel Sülh mükafatı Kimyəvi Silahların Qadağan Olunması Təşkilatına təqdim edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti