...

Hakim partiya: Türkiyənin hazırkı Prezidenti seçkilərdən sonra Baş nazir ola bilər

Siyasət Materials 8 Aprel 2014 10:05 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Prezident seçilməsindən sonra hazırkı dövlət başçısı Abdullah Gül Baş nazir postunu tuta bilər.
Hakim partiya: Türkiyənin hazırkı Prezidenti seçkilərdən sonra Baş nazir ola bilər

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Prezident seçilməsindən sonra hazırkı dövlət başçısı Abdullah Gül Baş nazir postunu tuta bilər. Bunu hakim Ədalət və İnkişaf Partiyası (AKP) rəhbərinin müavini Əli Şahin bildirib. Trend-in məlumatına görə, xəbəri çərşənbə axşamı "CNN Türk" telekanalı yayıb.

Onun sözlərinə görə, Prezident Abdullah Gül böyük siyasi təcrübəyə malikdir və hakim partiya bu təcrübədən faydalanmaq istəyir.

Dünən AKP Təsisçilər Şurasının üzvü Salih Kapusuz bəyan edib ki, Türkiyədə prezident seçkilərində Baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyi irəli sürülə bilər. Trend-in məlumatına görə, bu barədə S.Kapusuz "TRT Haber"-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, bələdiyyə seçkilərinin nəticələri Baş nazirin prezidentliyə layiqli namizəd olduğunu göstərdi.

Bir müddət əvvəl Türkiyə Baş nazirinin müavini Bülənt Arınç bildirib ki, Türkiyə xalqının böyük dəstəyi və bələdiyyə seçkilərinin nəticələri Baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürəcəyi təqdirdə prezident seçilə biləcəyinə əsas verir.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri bu il avqustun 10-na təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti