...

KİV: Amerikalı siyasətçilər Azərbaycan kimi regional oyunçuları lazımi qədər qiymətləndirmirlər

Siyasət Materials 30 Aprel 2014 12:55 (UTC +04:00)
Vaşinqton elitasının xarici siyasətinin ənənəvi inhisarçılığı hazırda Amerika işgüzar və xalq diplomatiyası tərəfindən pozulub.
KİV: Amerikalı siyasətçilər Azərbaycan kimi regional oyunçuları lazımi qədər qiymətləndirmirlər

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir E.Tariverdiyeva/

Vaşinqton elitasının xarici siyasətinin ənənəvi inhisarçılığı hazırda Amerika işgüzar və xalq diplomatiyası tərəfindən pozulub. Trend-in məlumatına görə, bunu Coşua Uolker warontherocks.com. saytında dərc olunan "Hyustondan Bakıyadək: Amerikanın ev diplomatiyası" adlı məqaləsində yazır.

O bildirir: "Qardaşlaşmış şəhərlər - enerji tədarükçüsü, regional sabitliyin qarantı və Amerika, İsrail və Avropanın müttəfiqi Azərbaycanın paytaxtı Bakı ilə Hyustonun münasibətləri buna yaxşı nümunədir".

Məqalədə deyilir ki, amerikalı siyasətçilər Azərbaycan kimi regional oyunçuları lazımi qədər qiymətləndirmirlər.

Uolkerin yazdığı kimi, "Əsrin müqaviləsi" adını almış Bakı-Tbilsi- Ceyhan neft kəmərinin çəkilişi Azərbaycanı amerikalıların əksəriyyətinə tanıtdı.

Müəllif yazır ki, bu gün Azərbaycan Əfqanıstanda "Sarsılmaz azadlıq" əməliyyatı çərçivəsində Amerika qüvvələri üçün tranzit qovşaq kimi hava məkanını verib və İraqa Amerika qüvvələri ilə birlikdə xidmət üçün öz silahlı qüvvələrini göndərən ilk müsəlman ölkəsi olub.

Məqalədə deyilir ki, Azərbaycan coğrafi mövqeyinin əsas təbiətini vurğulayan üç tendensiyanın kuliminasiyasının təcəssümüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti