...

"Ebola" virusu Barak Obamanın iş qrafikinə də təsir etdi

Siyasət Materials 20 Oktyabr 2014 16:51 (UTC +04:00)
Bu həftə ABŞ Prezidenti Barak Obamanın iş qrafiki Ebola virusunun yayılması ətrafındakı vəziyyətdən asılı olacaq.
"Ebola" virusu Barak Obamanın iş qrafikinə də təsir etdi

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Bu həftə ABŞ Prezidenti Barak Obamanın iş qrafiki "Ebola" virusunun yayılması ilə bağlı vəziyyətdən asılı olacaq. Trend-in məlumatına görə, bu barədə "Associated Press" xəbər yayıb.

Prezidentin administrasiyasının yayılmaqda davam edən "Ebola" virusundan son dərəcə narahat olması və bir qədər qorxması ilə əlaqədar olaraq, B.Obama öz qrafikindəki bütün mühüm işləri həftənin əvvəlinə salıb, həftənin qalan hissəsini isə "Ebola"nın yayılması məsələlərinə həsr edəcək.

Onun iş qrafiki adətən bir neçə gün qabaqdan tutulur. Lakin ötən həftə B.Obama yeni xəstəlik halları ilə bağlı məsələləri həll etmək üçün ştatlara seçkiqabağı səfərlərini ləğv etməli olub.

Dövlət başçısı hətta "İslam Dövləti" yaraqlıları ilə bağlı məsələyə "Ebola" ilə bağlı vəziyyətdən az vaxt ayırmağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti