...

Qazaxıstan nümayəndə heyəti Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olub (FOTO)

Siyasət Materials 11 Dekabr 2014 20:34 (UTC +04:00)
Qazaxıstan Müdafiə Nazirliyinin nümayəndə heyəti Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olub.
Qazaxıstan nümayəndə heyəti Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olub (FOTO)

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

Qazaxıstan Müdafiə Nazirliyinin nümayəndə heyəti Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikasının Müdafiə Nazirliyi arasında 2014-cü il üçün əməkdaşlıq Planı"na əsasən, Qazaxıstan Müdafiə Nazirliyinin nümayəndə heyəti Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olub.

Keçirilən tədbir zamanı qonaqlara liseyin tədris və maddi-texniki bazası haqqında ətraflı məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti