...

Con Kerrinin planları ilə bağlı sənədlər yayımlanıb (FOTO)

Siyasət Materials 30 Aprel 2015 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir Elçin Mehdiyev/

Bir neçə gün öncə APA İnformasiya Agentliyində yayımlanmış "Con Kerrinin Konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyası" sərlövhəli araşdırmanın hazırlanması zamanı istinad olunmuş sənədlər nümayiş etdirilib.

Trend-in məlumatına, "APA Holding"-in rəhbəri Vüsalə Mahirqızı "Bakı 2015 I Avropa Oyunlarına Dəstək: Vətəndaş Cəmiyyəti Koalisiyası" "Qərbin ikili standartları: demokratiya və insan hüquqları" mövzusunda bu gün keçirilən dəyirmi Masada bildirib ki, araşdırma yazı müvafiq sənədlər əsasında hazırlanıb.

O bildirib ki, təəssüf ki, həmin yazıda adı çəkilən bəzi qeyri-hökumət təşkilatı rəhbərləri və ekspertlər yazıya şübhə ilə yanaşdılar:

"Dünən ABŞ-ın Azərbaycandakı səfirliyinin açıqlamasında da yazı ilə bağlı qeyri-korrekt ifadələr yer alıb. Ona görə biz redaksiya olaraq qərara gəldik ki, sənədləri nümayiş etdirək. Yazı 4 sənəd əsasında hazırlanıb. Bunlar "Avropa təşkilatlarının insan haqları naminə idman layihəsi", "2015-ci il yanvarın 15-16-da insan hüquqları təşkilatının Varşava görüşündə qəbul olunmuş sənəd", "Azərbaycanda əlamətdar günlər, beynəlxalq tədbirlər və yüksək vəzifəli şəxslərin səfər təqvimi" və "NED-in həyata keçirdiyi kampaniyanın layihəsi"dir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti