...

Azərbaycan və Böyük Britaniya yeni parlament çərçivəsində də əməkdaşlığı davam etdirəcək

Siyasət Materials 12 May 2015 15:46 (UTC +04:00)
Böyük Britaniya və Azərbaycan arasındakı əməkdaşlıq yeni parlament tərkibi çərçivəsində də davam edəcək.
Azərbaycan və Böyük Britaniya yeni parlament çərçivəsində də əməkdaşlığı davam etdirəcək

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir Cəmilə Əliyeva/

Böyük Britaniya və Azərbaycan arasındakı əməkdaşlıq yeni parlament tərkibi çərçivəsində də davam edəcək. Bu barədə Trend-ə Böyük Britaniyanın Bakıdakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Böyük Britaniya Azərbaycanın güclü əməkdaşı olaraq qalır: "Ölkədə keçirilən seçkilər Britaniya xalqının demokratiyaya olan sədaqətinin təcəssümüdür. Böyük Britaniya güclü demokratiyaya malik ölkədir".

Qeyd edək ki, Böyük Britaniyada parlament seçkiləri 2015-ci il mayın 7-də keçirilib. Seçkilərin nəticələrinə görə Mühafizəkarlar Partiyası İcmalar palatasında yerlərin əksəriyyətini qazanıb. Böyük Britaniyanın Baş naziri, Mühafizəkarların lideri Devid Kemeron parlamentdəki yerini qoruyub saxlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti