...

Prezidentin müşaviri: Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına maraq göstərir

Siyasət Materials 7 İyul 2015 17:15 (UTC +04:00)
"Azərbaycan, Kamboca və Suriya Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) maraq göstərirlər, lakin üzv olmaq üçün dəqiq meyarlar var və onlara riayət etmək lazımdır".
Prezidentin müşaviri: Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına maraq göstərir

Azərbaycan, Bakı, 7 iyul /Trend/

"Azərbaycan, Kamboca və Suriya Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) maraq göstərirlər, lakin üzv olmaq üçün dəqiq meyarlar var və onlara riayət etmək lazımdır".

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu Rusiya Federasiyası (RF) prezidentinin müşaviri, RF-nin ŞƏT və BRİKS-də nümayəndəliyinin hazırlanması və təmini üzrə təşkilat komitəsinin məsul katibi Anton Kobyakov deyib.

O bildirib ki, Azərbaycan, Kamboca, Suriya, Misir və Şri Lanka ŞƏT-ə maraq göstərirlər: "Təşkilata daxil olmaq üzrə dəqiq qaydaların olduğu 28 sənəd var. ŞƏT-ə daxil olmazdan əvvəl onlara riayət etmək lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti