...

Azərbaycan diasporu Norveçdə bələdiyyə seçkilərində fəal iştirak edib (FOTO)

Siyasət Materials 15 Sentyabr 2015 12:20 (UTC +04:00)
Norveçdə keçirilən bələdiyyə seçkilərinin təbliğat kampaniyasında Azərbaycan diasporu fəal iştirak edib.
Azərbaycan diasporu Norveçdə bələdiyyə seçkilərində fəal iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İlkin İzzət/

Norveçdə keçirilən bələdiyyə seçkilərinin təbliğat kampaniyasında Azərbaycan diasporu fəal iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Oslo Azərbaycan Evi və Norveç Azərbaycanlıları Gənclər Təşkilatının təşkilatçılığı ilə bələdiyyə seçkisinə dair Saqene Bələdiyyə Evində böyük debat keçirilib.

Norveçin ən böyük 7 siyasi partiyası - İşçi Partiyası (AP), Mühafizəkarlar Partiyası (H), Tərəqqi Partiyası (FrP), Liberallar (V), Sosialist Solçular (SV), Yaşıllar Partiyası (MDG) və Qırmızılar Partiyasının (Rødt) nüfuzlu siyasətçilərinin qatıldığı debat həm iştirakçılar, həm də siyasi partiya nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb. Görüşdə Azərbaycan icmasının qaldırdığı məsələlər, eləcə də seçki prosesində göstərdiyi fəallığın Norveç siyasətçiləri tərəfindən diqqətlə izlənildiyi vurğulanıb.

Norveç Krallığında yerli idarəetmə orqanlarına keçirilən seçkidə Azərbaycan diasporunun da dəstəklədiyi namizədlər böyük səs çoxluğu ilə qalib gəlib. Seçkinin təbliğat kampaniyasında Oslo Azərbaycan Evi və Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) başda olmaqla, Norveçdəki Azərbaycan diasporunun nümayəndələri fəal iştirak edib.

Oslo Azərbaycan Evinin sədri Ramil Əliyev bildirib ki, Norveçin siyasi həyatında fəal iştirak edərək bu ölkədə yaşayan azərbaycanlıların maraqlarını təmsil etmək və siyasi elitaya təşkilatlanmış, güçlü cəmiyyət olduğumuzu göstərmək baxımından bu debat mühüm əhəmiyyət kəsb edir: "Ümid edirik ki, bu tədbir eyni zamanda Azərbaycan icmasının Norveç siyasi elitası ilə münasibətlərinin möhkəmləndirilməsində böyük rol oynayacaq, Azərbaycan həqiqətlərinin gələcəkdə Norveçin siyasi arenasında səsləndirilməsinə zəmin yaradacaq və ölkələr arasında siyasi əlaqələrin güclənməsinə imkan verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti