...

Budapeştdə 28 May - Respublika Günü qeyd olunub (FOTO)

Siyasət Materials 27 May 2016 11:16 (UTC +04:00)
Azərbaycanın Macarıstandakı səfirliyi Azərbaycanın dövlət bayramı – 28 May - Respublika Günü münasibəti ilə Budapeştin “Rits-Karlton” otelində qəbul təşkil edib.
Budapeştdə 28 May - Respublika Günü qeyd olunub (FOTO)

Bakı. Trend:

Azərbaycanın Macarıstandakı səfirliyi Azərbaycanın dövlət bayramı - 28 May - Respublika Günü münasibəti ilə Budapeştin "Rits-Karlton" otelində qəbul təşkil edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, qonaqlar qarşısında çıxış edən səfir Vilayət Quliyev ölkəmizin keçdiyi tarixi inkişaf yolundan və son illər xüsusi intensivliyi ilə seçilən Azərbaycan-Macarıstan münasibətlərindən danışıb.

Səfir bu il həm də sovet imperiyasının süqutu ərəfəsində Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 25 illiyi olduğunu xatırladaraq ölkəmizin yalnız Cənubi Qafqaz regionunda deyil, bütünlükdə postsovet məkanında ən uğurla inkişaf edən və öz iqtisadi qüdrətini ilbəil artıran dövlətlərdən biri olduğunu xüsusi vurğulayıb.

Qəbula rəsmi qonaq statusunda qatılan Macarıstan Xarici İşlər və Ticarət nazirliyinin dövlət katibinin müavini, Macarıstanın Azərbaycandakı keçmiş səfiri Jolt Çutora həyatının ən gözəl illərini ölkəmizdə keçirdiyini etiraf edərək Azərbaycan xalqını bir daha sevimli bayramı münasibəti ilə təbrik edib, tarixi köklərlə bağlı olan Azərbaycan və macar xalqları arasında dostluq və qarşılıqlı anlaşma ruhunun bundan sonra daha geniş vüsət alacağına əminliyini bildirib.

Qəbulda Budapeştdə akkreditə olunan diplomatik korpusun üzvləri, Macarıstanın müxtəlif nazirlik, idarə və təşkilatlarının nümayəndələri, iş adamları, jurnalistlər, alimlər, Azərbaycan diasporunun təmsilçiləri və ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti