...

Litva XİN: Azərbaycan "Şərq tərəfdaşlığı" üçün vacib ölkədir

Siyasət Materials 4 Noyabr 2016 12:55 (UTC +04:00)
“Şərq tərəfdaşlığı” proqramının bütün ölkələrinə dəstək göstərilməlidir
Litva XİN: Azərbaycan "Şərq tərəfdaşlığı" üçün vacib ölkədir

Bakı. Yelena Kosolapova - Trend:

Azərbaycan “Şərq tərəfdaşlığı” proqramı üçün vacib ölkədir. Bu sözləri Trend-ə Litva xarici işlər nazirinin mətbuat məsələləri üzrə müşaviri Kestutis Vaşkeleviçyus deyib.

Litva rəsmisi deyib: “Litvanın mövqeyi ondan ibarətdir ki, “Şərq tərəfdaşlığı” proqramının bütün ölkələrinə dəstək göstərilməlidir. Bütün bu ölkələr proqram üçün mühüm rol oynayır.”

K.Vaşkeleviçyusun sözlərinə görə, daha əvvəll KİV Litva xarici işlər naziri Linas Linkyaviçyusun sözlərini düzgün təqdim etməyib. Noyabrın 2-i Kopenhagendə çıxış etmiş litvalı nazir məhz “Şərq tərəfdaşlığı” ölkələrinə dəstək göstərilməsini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti