...

Avstriyalı jurnalistin adı arzuolunmaz şəxslər siyahısına salınmayacaq

Siyasət Materials 1 Dekabr 2016 14:45 (UTC +04:00)
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Avstriya vətəndaşı, “Wiener Zeitung” qəzetinin müxbiri Tomas Sayfert Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edib.
Avstriyalı jurnalistin adı arzuolunmaz şəxslər siyahısına salınmayacaq

Bakı. Trend:

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş Avstriya vətəndaşı, “Wiener Zeitung” qəzetinin müxbiri Tomas Sayfert Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edib.

XİN-dən Trend-ə verilən məlumata görə, müraciət müəllifi adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na daxil edilməməsini xahiş edib.

Məktubunda T.Sayfert Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyini bildirərək, işğal olunmuş ərazilərə qeyri-qanuni səfərinin Azərbaycanın həmin ərazilər üzrə suverenliyini şübhə altına almadığını vurğulayıb.

Bildirilir ki, T.Sayfertin media nümayəndəsi olduğunu və müraciətini nəzərə alaraq, onun adının arzuolunmaz şəxslər siyahısına daxil edilməməsinə dair qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti