...

Azərbaycanda Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək (YENİLƏNİB)

Siyasət Materials 10 Yanvar 2017 13:30 (UTC +04:00)
2019-cu ildə Azərbaycanda Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək.
Azərbaycanda Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev – Trend:

2019-cu ildə Azərbaycanda Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək. Trend-in məlumatına görə, bunu Avropa Olimpiya Komitəsinin icraçı prezidenti Yanes Kosiyançiç bu gün keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, festivala 4 minə yaxın iştirakçının qatılması nəzərdə tutulur. Y.Kosiyançiçin sözlərinə görə, 50 Avropa olimpiya komitəsi və 50 dünya olimpiya komitəsinin bu festivalda iştirak etməsi gözlənilir.

Y.Kosiyançiç həmçinin bildirib ki, festivalda iştirakçılar 16-18 yaş həddi arasında olacaq.

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə isə vurğulayıb ki, Festivalda 9 idman növü üzrə yarışların keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti