...

Prezident İlham Əliyev İranın Qərbi Azərbaycan vilayətinin valisini qəbul edib (YENİLƏNİB) (FOTO)

Siyasət Materials 25 Yanvar 2017 11:01 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bu gün İranın Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezident İlham Əliyev İranın Qərbi Azərbaycan vilayətinin valisini qəbul edib (YENİLƏNİB) (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İranın Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan ilə İran arasında ikitərəfli əlaqələrin bütün sahələrdə çox yaxşı inkişaf etdiyini vurğulayan dövlət başçısı bu əlaqələrin ölkələr, xalqlar və eləcə də bölgə üçün böyük önəm daşıdığını bildirib və son illər ərzində ikitərəfli əməkdaşlığın inkişafının məmnunluq doğurduğunu deyib.

Qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev İranın Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin və keçirəcəyi görüşlərin ölkələr arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyini əminliklə qeyd edib.

Ölkələr arasında ikitərəfli əlaqələrin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan İranın Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabaği ölkəsində Ulu Öndərin böyük ehtiramla xatırlandığını deyib. İqtisadiyyat və Kənd təsərrüfatı nazirliklərinin dəvəti ilə ölkəmizə səfər etdiklərini deyən Qurbanəli Səadət Qarabaği İranın Qərbi Azərbaycan vilayəti ilə Azərbaycan arasında kənd təsərrüfatı, ticarət, turizm və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu deyib və bu məqsədlə ölkəmizin müvafiq qurumları ilə görüşlər keçirəcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti