...

Siyavuş Novruzov bankları tənqid etdi: "Krediti çox yüksək faizlə verirlər"

Siyasət Materials 17 Mart 2017 13:45 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında bank kreditlərinin faizlərinin yüksək olması ilə bağlı narazılığını bildirib.

Trend-in məlumatına görə, S.Novruzov qeyd edib ki, postsovet ölkələri arasında ən yüksək kredit faizi Azərbaycandadır:

“Banklar krediti elə yüksək faizlə verir ki, onu alan vətəndaş heç bir sahibkarlıqla məşğul ola bilmir. Mərkəzi Bank banklara krediti 15 faizə verir, ancaq banklar vətəndaşa krediti 25-29 faizə verir. Qoy banklar 6 və ya 7 faiz qazansın. Yoxsa kimin ağlına nə faiz gəldi, onu da qoyur. Bu düzgün deyil”.

S.Novruzov Mərkəzi Bankı bu istiqamətdə tədbirlər görməyə çağırıb: “Mərkəzi Bank bu məsələlərə ciddi şəkildə yanaşmalıdır və müvafiq tədbirlər görməlidir. Cənab Prezidentin dediyi kimi, hər şey vətəndaş üçündür. Əgər biz vətəndaşı qorumuruqsa, bu görülən işlər nəyə lazımdır?!”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti