...

Almaniyanın Hannover şəhərində erməni təxribatına qarşı aksiya keçiriləcək

Siyasət Materials 7 İyul 2017 13:23 (UTC +04:00)
Almaniyanın Hannover şəhərində erməni təxribatına qarşı aksiya keçiriləcək.
Almaniyanın Hannover şəhərində erməni təxribatına qarşı aksiya keçiriləcək

Bakı. Trend:

Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə sabah saat 16:00-dən 18:00-dək Hannover şəhərində erməni terroruna qarşı etiraz aksiyası keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Cəmiyyət Hannoverdə, eləcə də yaxın şəhərlərdə yaşayan soydaşlarımızdan Azərbaycanın haqq səsinin dünyaya çatdırmaq üçün aksiyaya qoşulmağa və fəallıq nümayiş etdirməyə çağırıb.

Çağırışda deyilir:

"Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi vəhşilik, insanlığa sığmayan bir faciə olaraq hamımızı çox təsirləndirdi, ürəyimizdə silinməz yaralar buraxdı. Bütün dünya üzrə fəaliyyət göstərən çoxsaylı Azərbaycan diaspor təşkilatları kimi Almaniyanın Aşağı Saksoniya vilayətindəki Azərbaycan diasporu da baş vermiş son hadisələrlə bağlı etiraz aksiyası keçirməyə qərar verib. Xahiş edirik, hamımız bir nəfər kimi bu akisyada iştirak edək, öz etiraz səsimizi ucaldaq və alman ictimaiyyətinə çatdıraq! Hamılıqla mitinqə! Biz Səni də gözləyirik! Güc birlikdədir!”

Etiraz aksiyasında “Sarkisyan uşaq qatilidir”, “Terrora, təcavüzə dur deyirik”, “Uşaq ölümlərinə son”, “Azərbaycan ərazilərini işğalçı ordu tərk etməlidir” kimi şüarlar səsləndiriləcək, Ermənistanın işğalçılıq və soyqırımı siyasəti, təcavüzkar ölkənin hərbçilərinin mülki şəxsləri atəşə tutması və dinc əhalinin erməni gülləsindən həyatını itirməsi barədə hadisə dünya birliyinin diqqətinə çatdırılacaq.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti