Bakı. Səba Ağayeva - Trend:
Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirləri 2017-2020-ci illərdə üç ölkənin gələcək əməkdaşlığı üzrə yol xəritəsi hazırlamaq barədə razılığa gəliblər.
Trend-in məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin üçtərəfli görüşünün yekunu üzrə brifinqdə deyib.
Nazir səmərəli və maraqlı danışıqların aparıldığını qeyd edib: "Üç ölkə bir çox regional layihələr həyata keçirir və biz bu layihələrin icrasının gedişini müzakirə etdik".