...

Millət vəkili: Azərbaycana qarşı təzyiqlər təsadüfi deyil

Siyasət Materials 19 Sentyabr 2017 14:39 (UTC +04:00)
Son günlərdə beynəlxalq təşkilatların, dövlətlərin və lobbi təşkilatlarının Azərbaycana təzyiqləri təsadüfi deyil.
Millət vəkili: Azərbaycana qarşı təzyiqlər təsadüfi deyil

Bakı. İlhamə İsabalayeva – Trend:

Son günlərdə beynəlxalq təşkilatların, dövlətlərin və lobbi təşkilatlarının Azərbaycana təzyiqləri təsadüfi deyil.

Trend-in məlumatına görə, bunu Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Rafael Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycanın ikinci dəfə müstəqilliyini bərpa etməsindən 26 il keçməsinə baxmayaraq, hələ də ölkəmizə qarşı təhdid və təhlükələr mövcuddur.

R.Hüseynov qeyd edib ki, Azərbaycanın inkişafını həmin qüvvələrin gözü götürmür:

"Bu səbəbdən də onlar hər vəchlə bu inkişafın qarşısını almağa çalışırlar. Onlar Azərbaycanın zəif ölkə olmasında maraqlıdırlar. Odur ki, biz deputatlar da son həftələrdə və qarşıdakı aylarda fəal olmalıyıq. Kimsədən təklif gözləmədən sinəmizi qabağa verib Azərbaycanı gözləyən təhlükəyə sipər etməliyik. Bu dövr bizim üçün sınaqdır. Biz bu təhlükəni sovuşdurmağa çalışmalıyıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti