...

İranın hərbi attaşesi: Tehran heç vaxt müharibə tərəfdarı olmayıb

Siyasət Materials 22 Sentyabr 2017 19:38 (UTC +04:00)
Bakıda İranın "Müqədəs müdafiə" həftəsi ilə bağlı tədbir keçirilib.
İranın hərbi attaşesi: Tehran heç vaxt müharibə tərəfdarı olmayıb

Bakı. Trend:

Bakıda İranın "Müqədəs müdafiə" həftəsi ilə bağlı tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Əli Həsənov, millət vəkilləri, müdafiə nazirliyinin bir neçə rəsmi nümmayəndəsi və müxtəlif ölkələrin hərbi attaşeləri iştirak edib.

Mərasimin açılışını edən İranın Azərbaycandakı hərbi attaşesi polkovnik Əli Seyfi bildirib ki, ölkəsi heç vaxt hər hansı ölkə ilə müharibə tərəfdarı olmayıb.

Qeyd edək ki, hər il İraqın İrana hücum etdiyi gün İranda "Müqəddəs müdafiə" həftəsi kimi qeyd olunur. Bu münasibətlə Tehran və başqa şəhərlərdə hərbi paradlar keçirilir.

İran-İraq müharibəsi 1980-ci il sentyabrın 22-də İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlayıb. Müharibə 1988-ci il avqustun 20-də bağlanmış atəşkəs müqaviləsi ilə başa çatıb və hər iki dövlətin sərhədləri müharibədən əvvəlki vəziyyətdə qalıb.

Xəbər lenti

Xəbər lenti