...

Dövlət Bayrağı Gününə həsr olunmuş festival keçirilib (FOTO)

Siyasət Materials 8 Noyabr 2017 16:00 (UTC +04:00)
Bu gün Bakı İdman Sarayında 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş “Dördüncü Bayraq Festivalı” keçirilib.
Dövlət Bayrağı Gününə həsr olunmuş festival keçirilib (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Bakı İdman Sarayında 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş “Dördüncü Bayraq Festivalı” keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Azərbaycan Prezidenti Administrasiyasının rəsmiləri, nazir müavinləri, millət vəkilləri, Azərbaycan Fövqəladə Hallar, Daxili İşlər və Müdafiə nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin hərbçiləri, gənclər və digər qonaqlar iştirak ediblər.

Tədbirdə əvvəlində Azərbaycan bayrağından söz açılıb, videoçarx nümayiş etdirilib. Daha sonra Azərbaycan dövlət bayraqlarının tarixinə nəzər salınıb və tarixin müxtəlif dövrlərində mövcud olmuş dövlət bayraqlarımız nümayiş etdirilib.

Festivalda Azərbaycan Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin, bayraq tağımının, xüsusi təyinatlılarının nümunəvi çıxışları, həmçinin incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti