...

Millət vəkili: Azərbaycanda qəbiristanlıqlar bir çox işbazların əlində gəlir mənbəyidir

Siyasət Materials 19 Dekabr 2017 12:19 (UTC +04:00)
Azərbaycanda qəbiristanlıqlar bir çox işbazların əlində gəlir mənbəyidir.
Millət vəkili: Azərbaycanda qəbiristanlıqlar bir çox işbazların əlində gəlir mənbəyidir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda qəbiristanlıqlar bir çox işbazların əlində gəlir mənbəyidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Tahir Rzayev parlamentin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanuna dəyişikliklərin müzakirəsi zaman deyib.

T.Rzayev bildirib ki, istər Bakıda, istərsə də regionlarda qəbiristanlıqları insanlar özləri saxlayır və məzarlıqların təmiz saxlanması üçün hər ay müəyyən vəsait verirlər.

Deputat vurğulayıb ki, əgər qəbiristanlıqlar bələdiyyələrin idarəçiliyinə verilirsə, qəbiristanlıqların saxlanması məsələsi də həll olunmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti