...

AŞ PA-da səsləndirildi: Azərbaycan milli azlıqların hüquqları, xüsusən də onların ana dili ilə bağlı məsələdə olduqca həssasdır

Siyasət Materials 23 Yanvar 2018 15:18 (UTC +04:00)
Azərbaycan milli azlıqların hüquqları, xüsusən də onların ana dili ilə bağlı məsələdə olduqca həssasdır.
AŞ PA-da səsləndirildi: Azərbaycan milli azlıqların hüquqları, xüsusən də onların ana dili ilə bağlı məsələdə olduqca həssasdır

Bakı. Nigar Quliyeva - Trend:

Azərbaycan milli azlıqların hüquqları, xüsusən də onların ana dili ilə bağlı məsələdə olduqca həssasdır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri tr qış sessiyasında çıxışı zamanı deyib.

R.Hüseynov vurğulayıb ki, etnik azlıqlarla zəngin olan çoxmillətli ölkələr üçün bu məsələyə diqqət yetirmək olduqca vacibdir:

"Əsrlər boyu səksəndən çox etnik qrupun nümayəndəsi Azərbaycanda yaşayıb və ölkəmiz tarixən çoxmədəniyyətli mühitin hakim olduğu məkan olub. 30-dan çox milli azlıq və etnik qrupun təmsilçiləri ilə yanaşı, 40-dan çox başqa millət nümayəndəsi Azərbaycanın ərazisində birgə yaşayır. Onlar öz mədəniyyətlərini inkişaf etdirmək, radio və televiziyada öz dillərində yayımlanan proqramları izləmək, həmçinin dillərində kitab və jurnalları dərc etmək imkanına malikdirlər ".

O qeyd edib ki, hər bir dil, bu dili danışanların sayından asılı olmayaraq həmin dil daşıyıcılarına verilmiş ən yüksək zənginlikdir:

"Bu zənginliyi və müqəddəsliyi qorumaq, saxlamaq və inkişaf etdirmək hər bir insanın və dövlətin vəzifəsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti