...

İran Ali Liderinin nümayəndəsi Xocalı faciəsini pisləyir, ermənilərə lənət oxuyur

Siyasət Materials 28 Fevral 2018 11:32 (UTC +04:00)
İran Ali Liderinin nümayəndəsi Xocalı faciəsini pisləyir, ermənilərə lənət oxuyur
İran Ali Liderinin nümayəndəsi Xocalı faciəsini pisləyir, ermənilərə lənət oxuyur

Bakı. Fərhad Daneşvər, Samir Əli - Trend:

Ermənistan mətbuatı İran İslam Respublikasının Ali Liderinin Ərdəbil üzrə nümayəndəsi Seyid Həsən Amilinin Xocalı soyqırımı ilə bağlı fikirlərini təhrif edib.

Bu barədə Trend-ə İran Ali Liderinin Ərdəbil üzrə nümayəndəsinin mətbuat xidmətindən bildirilib.

Mətbuat xidmətindən qeyd olunub ki, Ermənistan KİV-in yaydığı məlumat həqiqətə uyğun deyil:

"İranın Ali Liderinin nümayəndəsi Seyid Həsən Amili Xocalı faciəsini pisləyir, ermənilərə lənət oxuyur. Seyid Həsən Amili Xocalı şəhidlərinin xatirəsini anır və onlara Allahdan rəhmət diləyir. Bu faciə unudulmamalıdır. Biz Qarabağ şəhidlərinin intiqamını almağa hazırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti