...

Heydər Əliyevin ömür yolundan bəhs edən “Şəxsiyyət və zaman” trilogiyası macar dilində çap olunub (FOTO)

Siyasət Materials 25 Aprel 2018 12:07
Azərbaycanın Macarıstandakı səfirliyi ümummilli lider Heydər Əliyevin ömür yolundan bəhs edən “Şəxsiyyət və zaman” trilogiyasının macar dilində çapdan çıxmış iki cildinin təqdimat mərasimini keçirəcək.
Heydər Əliyevin ömür yolundan bəhs edən “Şəxsiyyət və zaman” trilogiyası macar dilində çap olunub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanın Macarıstandakı səfirliyi ümummilli lider Heydər Əliyevin ömür yolundan bəhs edən “Şəxsiyyət və zaman” trilogiyasının macar dilində çapdan çıxmış iki cildinin təqdimat mərasimini keçirəcək.

Trend-in məlumatına görə, səfirliyin təşəbbüsü ilə tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın ümummilli lider Heydər Əliyevin ömür yolundan, zəngin siyasi bioqrafiyasından bəhs edən “Şəxsiyyət və zaman” trilogiyasını macar dilinə tərcümə olunur.

Ümummilli liderin anadan olmasının 95 illiyi ərəfəsində trilogiyanın ikinci cildi nəfis şəkildə nəşr olunub.

Kitab Macarıstanın əsas kitabxanalarına və kitab fondlarına göndərilib, eləcə də tanınmış ictimai-siyasi xadimlər, parlament üzvləri, mətbuat təmsilçiləri arasında yayılıb.

Səfirlik yaxın günlərdə “Şəxsiyyət və zaman” trilogiyasının çapdan çıxmış iki cildinin təqdimat mərasimini keçirməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti