...

Rio de Janeyroda Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi qeyd olunub (FOTO)

Siyasət Materials 31 May 2018 01:31 (UTC +04:00)
Rio de Janeyroda Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi qeyd olunub
Rio de Janeyroda Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi qeyd olunub (FOTO)

Bakı. Trend:

Braziliyanın Rio de Janeyro şəhərində, Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyinin dəstəyi ilə, Rio de Janeyro şəhərinin simvolu olan və şəhərin hər yerindən görünən İsa Məsih (Christo Redentor) abidəsində, Azərbaycan Xalq Cumhuriyyətinin yüz illiyinə və Azərbaycanla Braziliya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr edilmiş tədbir keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirin açılışında İsa Məsih abidəsinin rəhbəri, Padre Omar Raposo de Souza çıxış edərək, Azərbaycan Respublikasının bu əlamətdar gün münasibəti ilə təbrik etmiş və Azərbaycanla Braziliya arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etməsini diləyib.

Səfir Elxan Poluxov, öz çıxışı zamanı, Azərbaycan haqqında, Xalq Cumhuriyyəti haqqında, müasir Azərbaycan və Braziliya ilə Azərbaycan arasında mövcud olan yaxın dostluq münasibətləri haqqında məlumat vermiş və tədbirin ərsəyə gəlməsində rolu olan, Rio de Janeyro şəhərinin Meri Marselo Krivello başda olmaqla meriyanın əməkdaşlarına, Fortaleza Santa Kruz hərbi dəniz qüvvələrinin orkestrinə və Padre Omar Raposo de Souzaya təşəkkürünü bildirmiş və ona Səfirlik tərəfində hazırlanmış təşəkkürnamə təqdim edib.

Çıxışlardan sonra, Fortaleza Santa Kruz hərbi dəniz qüvvələrinin orkestri Azərbaycan Respublikasının Dövlət Himnini ifa etmiş, və İsa Məsih abidəsi Azərbaycan Respublikasının Dövlət Bayrağı rənglərində işıqlandırılıb.

Tədbirin yekununda, qeyd edilən orkestr tərəfindən, görkəmli Azərbaycanlı - Müslüm Maqomayevin “Əziz Anam - Azərbaycan” mahnısı ifa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti