...

QMİ: Qanunvericilikdə dini icmaların qeydiyyatı ilə bağlı ziddiyyətli məqamlar var

Siyasət Materials 29 İyun 2018 12:02 (UTC +04:00)
Qanunvericilikdə dini icmaların qeydiyyatı ilə bağlı ziddiyyətli məqamlara aydınlıq gətirilməlidir.
QMİ: Qanunvericilikdə dini icmaların qeydiyyatı ilə bağlı ziddiyyətli məqamlar var

Bakı. İlhamə İsabalayeva - Trend:

Qanunvericilikdə dini icmaların qeydiyyatı ilə bağlı ziddiyyətli məqamlara aydınlıq gətirilməlidir.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Aparat rəhbəri Simran Həsənov "Dövlət-din münasibətlərinin hüquqi bazası" mövzusunda keçirilən respublika müşavirəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dini icmaların qeydiyyatı ciddi bir problemdir.

S.Həsənov deyib ki, dini icmaların qeydiyyatı ilə bağlı qanunvericilikdə müəyyən ziddiyyətli məqamlar var:

"Bunların hamısına aydınlıq gətirilməlidir. Dini icmaların nümunəvi nizamnaməsi də yenilənməlidir və yeni sənəddə din xadimi və dini icma sədrinin hüquq və vəzifələri dəqiq göstərilməlidir. Bunlar konkretləşdirilməlidir. Bu nizamnamənin hazırlanmasına biz də yardım edə bilərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti