...

Kamran Əliyev: Rüfət Aslanlı ilə bağlı bu gün verəcəyim açıqlama prosesin sonrakı gedişinə mane ola bilər

Siyasət Materials 15 Yanvar 2019 10:12 (UTC +04:00)
Korrupsiya ilə bağlı 278 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib.
Kamran Əliyev: Rüfət Aslanlı ilə bağlı bu gün verəcəyim açıqlama prosesin sonrakı gedişinə mane ola bilər

Bakı. Samir Əli - Trend:

Ötən il Azərbaycanda korrupsiya ilə bağlı 278 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib.

Trend-in məlumatına görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Baş İdarə və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2018-ci il ərzində görülmüş işlərlə bağlı mətbuat konfransında deyib.

Qeyd olunub ki, 2018-ci il ərzində Baş İdarədə 431 şəxs barəsində 278 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Həmin cinayət işlərindən 121 şəxs barəsində 68 iş mənimsəmə və israf etmə, 86 şəxs barəsində 55 iş dələduzluq, 33 şəxs barəsində 21 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 23 şəxs barəsində 13 iş rüşvət alma (passiv rüşvətxorluq), 46 şəxs barəsində 36 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub.

Son günlər mətbuatda Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sabiq sədri Rüfət Aslanlı barədə türk iş adamı tərəfindən ünvanlanan şikayət məktubu ilə bağlı suala cavabında isə K.Əliyev bildirib ki, bu gün verəcəyi açıqlama prosesin sonrakı gedişinə mane ola bilər. Baş İdarə rəisi bu səbəbdən açıqlama vermək istəmədiyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti