Bakı. Trend:
ABŞ bu günədək Azərbaycan iqtisadiyyatına 13,6 milyard dollar investisiya yerləşdirib.
Trend-in məlumatına görə, bunu Maliyyə naziri Samir Şərifov Bakıda Azərbaycanla ABŞ arasında iqtisadi əməkdaşlıq komissiyasının iclasında deyib.
Nazir bildirib ki, Azərbaycan öz növbəsində ABŞ iqtisadiyyatına 8,2 milyard dollar investisiya qoyub:
“Bugünkü iclasın əsas mövzuları ticarət, investisiyalar, kənd təsərrüfatı, turizm, tranzit, logistika və əqli mülkiyyətdir”.
Nazir əlavə edib ki, 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 860 milyon manat təşkil edib və bunlardan 530 milyon manatı Azərbaycandan ABŞ-a ixracın payına düşüb.
S.Şərifovun sözlərinə görə, ölkələr arasında iqtisadi münasibətlərin inkişafına mane olan amillər var:
“Bu amillərdən biri 907-ci düzəlişdir. Ümid edirik ki, ABŞ hökuməti bu düzəlişin ləğv olunması istiqamətində işlər görəcək”.