...

Sədr: Heç bir ölkədə tarixi abidələrin ərazisindəki iaşə obyektlərinin sayını tənzimləyən qayda yoxdur

Siyasət Materials 7 İyun 2019 17:55 (UTC +04:00)
Dünyanın heç bir yerində tarixi abidələrin ərazisində yerləşən iaşə obyektlərinin sayını tənzimləyən qayda yoxdur.
Sədr: Heç bir ölkədə tarixi abidələrin ərazisindəki iaşə obyektlərinin sayını tənzimləyən qayda yoxdur

Bakı. Elçin Mehdiyev - Trend:

Dünyanın heç bir yerində tarixi abidələrin ərazisində yerləşən iaşə obyektlərinin sayını tənzimləyən qayda yoxdur.

Trend-in məlumatına görə, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) İdarə Heyətinin sədri Əsgər Ələkbərov tarixi məkanlarda restoranların fəaliyyət göstərməsinə münasibət bildirərkən jurnalistlərə deyib.

Qurum rəhbəri bildirib ki, istənilən tarixi ərazidə prioritet məsələ onun mühafizəsidir: "Abidəyə zərər vermədən ərazidə restoran, suvenir dükanları, digər iaşə obyektləri fəaliyyət göstərə bilər. Bu cür tarixi abidələr yerləşən ərazilərdə restoranların olması normaldır".

Ə.Ələkbərov qeyd edib ki, Kiçik Qala küçəsində yerləşən restoranların təmir-bərpa işləri iyun ayının sonuna yekunlaşacaq:

“Əvvəllər qala divarları boyu taxta konstruksiyalar olan restoranlar fəaliyyət göstərib. Hazırda bu restoranlar şüşə-dəmir konstruksiya ilə əvəz olunur".

O vurğulayıb ki, taxta konstruksiyalarda vaxt keçdikcə çürümə gedir və görünüşcə də o qədər ürəkaçan deyildi: "Eyni zamanda heç bir restoranda sanitar qovşaqları yox idi. Restoranların mətbəxlərində olan avadanlıqlar köhnəlmişdi. Buna görə də həm sanitar qovşaq əlavə etmək, həm də mətbəxlərdəki avadanlıqları dəyişmək üçün mövcud təmir-bərpa işləri aparılır. Qala divarı boyu yerləşən dəmir-şüşə konstruksiyaların Qala divarı ilə arasındakı məsafəni Qoruq İdarəsi müəyyənləşdirir. Bu tikililər sökülə bilən olduğu üçün Qala divarı ilə arasındakı məsafə 40-60 sm arasında dəyişir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti