...

Azərbaycan NATO PA-nın tanıtım proqramında iştirak edəcək

Siyasət Materials 29 İyun 2019 16:36 (UTC +04:00)
Milli Məclisin deputatı Kamran Bayramov Assambleya tərəfindən iyulun 1-də və 2-də NATO-nun Brüssel şəhərindəki mənzil qərargahında təşkil olunan tanıtım proqramında iştirak edəcək.
Azərbaycan NATO PA-nın tanıtım proqramında iştirak edəcək

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Məclisin deputatı, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Kamran Bayramov Assambleya tərəfindən iyulun 1-də və 2-də NATO-nun Brüssel şəhərindəki mənzil qərargahında təşkil olunan tanıtım proqramında iştirak edəcək.

Trend-in məlumatına görə, tədbir çərçivəsində deputatımız NATO-nun siyasətinə, tərəfdaşları ilə münasibətlərinə, həyata keçirdiyi əməliyyatlara, Alyansın Parlament Assambleyası ilə əməkdaşlığına həsr olunan müzakirələrdə iştirak edəcək.

Eyni zamanda, K.Bayramov təşkilatın yüksək vəzifəli mülki və hərbi rütbəli rəsmi şəxsləri, o cümlədən quruma üzv olan dövlətlərin daimi nümayəndələri ilə görüşlərdə iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti