...

Prezident İlham Əliyev Beynəlxalq Valyuta Fondunun yeni direktorunu təbrik edib

Siyasət Materials 27 Sentyabr 2019 18:04 (UTC +04:00)
Prezident İlham Əliyev Beynəlxalq Valyuta Fondunun Sərəncamçı direktoru Kristalina Georgiyevaya təbrik məktubu göndərib.
Prezident İlham Əliyev Beynəlxalq Valyuta Fondunun yeni direktorunu təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Beynəlxalq Valyuta Fondunun Sərəncamçı direktoru Kristalina Georgiyevaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli xanım Georgiyeva, Beynəlxalq Valyuta Fondunun Sərəncamçı direktoru vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasındakı əməkdaşlığa böyük əhəmiyyət veririk. Bu baxımdan ölkəmizdə həyata keçirilən iqtisadi islahatlara Beynəlxalq Valyuta Fondunun dəstəyini məmnunluqla qeyd etmək istərdim.

Ümidvaram ki, Sizin rəhbərliyinizlə Beynəlxalq Valyuta Fondu qlobal maliyyə-iqtisadi və valyuta sisteminin idarə edilməsi ilə bağlı qarşısında duran məsul vəzifələrin öhdəsindən layiqincə gələrək, beynəlxalq maliyyə əməkdaşlığının möhkəmləndirilməsinə töhfələr verəcəkdir.

Bir daha Sizə öz təbriklərimi yetirir, möhkəm cansağlığı, qarşıdakı məsul işinizdə uğurlar arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti