...

Baş Prokurorluq MSK tərəfindən daxil olan şikayətləri çox ciddi şəkildə araşdırır

Siyasət Materials 11 Oktyabr 2019 12:21 (UTC +04:00)
Baş Prokurorluq seçki proseduru ilə bağlı Mərkəzi Seçki Komissiyası tərəfindən daxil olan şikayətləri çox ciddi şəkildə araşdırır.
Baş Prokurorluq MSK tərəfindən daxil olan şikayətləri çox ciddi şəkildə araşdırır

Bakı. İlhamə İsabalayeva - Trend:

Baş Prokurorluq seçki proseduru ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən daxil olan şikayətləri çox ciddi şəkildə araşdırır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Baş prokurorunun birinci müavini Rüstəm Usubov deyib.

Belə şikayətlərin olmasını təbii hal sayan R.Usubovun sözlərinə görə, bələdiyyə seçkilərində hər bir kəs aktiv iştirak etməlidir: "İnanıram ki, bu seçkiləri də yüksək səviyyədə keçirəcəyik. Azərbaycan siyasi sistemində yerli özünüidarəetməyə xüsusi yer ayrılır. Qanunvericilikdə bələdiyyələrin vəzifələri, onların cəmiyyətdəki rolu müəyyən edilib. Bələdiyyələr bütün sahələrdə lazımi qurum olduğunu təsdiq edə biliblər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti