...

ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycana gəlir

Siyasət Materials 25 Fevral 2020 10:36 (UTC +04:00)
ABŞ Dövlət katibinin köməkçisinin Enerji ehtiyatları bürosunda müavini Kurt Donnelli fevralın sonunda Bakıya səfər edəcək
ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycana gəlir

Bakı. Ləman Zeynalova - Trend:

ABŞ Dövlət katibinin köməkçisinin Enerji ehtiyatları bürosunda müavini Kurt Donnelli fevralın sonunda Bakıya səfər edəcək.

Bu barədə Trend-ə ABŞ Dövlət Departamentindən bildiriblər.

K.Donnelli Bakıda “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının 6-cı iclasında iştirak edəcək.

Qeyd edək ki, Məşvərət Şurasının iclası fevralın 28-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti