...

Tahir Rzayev: Prezident İlham Əliyev bir daha sübut etdi ki, hər bir Azərbaycan vətəndaşının problemi onun öz problemidir

Siyasət Materials 4 Mart 2020 17:36 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev regionlara səfər etməklə bütün fövqəladə hallarda əhalinin yanında olduğunu bir daha sübut etdi.
Tahir Rzayev: Prezident İlham Əliyev bir daha sübut etdi ki, hər bir Azərbaycan vətəndaşının problemi onun öz problemidir

Bakı. Samir Əli - Trend:

Azərbaycan Prezidenti İlham Əliyev regionlara səfər etməklə bütün fövqəladə hallarda əhalinin yanında olduğunu bir daha sübut etdi.

Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Onun sözlərinə görə, Prezident həmişə xalqla ünsiyyətdə olmağa, onların problemlərinin həllinə çalışır:

"Bu, cənab Prezidentin atdığı ilk addım deyil. Dövlət başçısı fövqəladə hallar baş verəndə dərhal insanların yanında olur, onlara təskinlik verir. Bu gün dünyada koronavirusun yayıldığı bir vaxtda da Prezident İlham Əliyev regionlara səfər edir, xalqla ünsiyyətdə olur. Bilirsiniz ki, bu virus yayılandan sonra ölkələrdə bütün tədbirlər təxirə salınıb, dövlət başçıları bölgələrə səfərlərini dayandırıb. Amma bu hadisə Prezident İlham Əliyevin işinə heç bir təsir etmədi. Cənab Prezident bölgələrə səfər etdi, insanları arxayın etdi ki, Azərbaycanda bu virusun qarşısının alınması üçün bütün tədbirlər görülür, vəziyyət yüksək səviyyədə diqqətdə saxlanılır. Dövlət başçısı bu addımı ilə bir daha bütün dünyaya nümunə göstərdi, xalqının yanında olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyevin bölgələrə səfər etməsi, insanların qayğısına qalması, onların problemləri ilə maraqlanması bir daha sübut etdi ki, o hər bir vətəndaşın prezidentidir və hər bir Azərbaycan vətəndaşının problemi onun öz problemidir. Dövlət başçısı əmin etdi ki, koronavirusla mübarizə yüksək səviyyədə həyata keçirilir və insanların narahatçılığına əsas yoxdur".

T.Rzayev deyib ki, Prezident İlham Əliyevin bölgələrə səfər edərək əhali ilə görüşməsi insanlarda inam yaratdı:

"Koronavirusun yayılmasının qarşısını almaq üçün Azərbaycanda yüksək səviyyəli tədbirlər həyata keçirildiyi barədə əhali məlumatlandırıldı. Koronavirusun yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının mühafizəsi istiqamətində bütün lazımi tədbirlər görülür. Ölkədə əhalinin narahatlığı üçün heç bir ciddi əsas yoxdur. Azərbaycanda xəstəliyin yayılmaması üçün bütün məsələlər hər bir xırdalığa qədər düşünülür və müvafiq addımlar atılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti