...

Milli Məclis BMT Baş Assambleyasının yeni sədrini təbrik edib

Siyasət Materials 19 İyun 2020 11:30 (UTC +04:00)
Milli Məclis BMT Baş Assambleyasının yeni sədrini təbrik edib

Bakı. Elçin Mehdiyev – Trend:

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Volkan Bozkır Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 75-ci sessiyasının sədri seçilib. Bu, tarixdə ilk dəfə olaraq, Türkiyə nümayəndə heyətinin həmin posta seçilməsidir.

Trend-in məlunatına görə, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən növbədənkənar iclasında deyib.

Komitə sədri bu münasibətlə V.Bozkırı təbrik edib.

Daha sonra çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova da təbrikə qoşulub. Spiker qeyd edib ki, V.Bozkır Türkiyə xalqının ləyaqətli oğludur.

Milli Məclisin deputatları bu münasibətlə onu alqışlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti