Bakı. Samir Əli - Trend:
Sentyabrın 27-dən etibarən erməni silahlı bölmələri tərəfindən yaşayış məntəqələrimiz atəşə tutulur.
Trend-in məlumatına görə, bunu bu bu gün keçirilən brifinqdə Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, həmin gündən bu vaxta qədər 19 mülki şəxs həlak olub. Onlardan 5 nəfər Goranboy, 8 nəfər Tərtər, 4 nəfər Ağdam, 2 nəfər isə Füzuli rayon sakinidir. Həlak olanlardan 14 nəfər kişi, 3 nəfər qadın, 2 nəfər isə azyaşlıdır".
Baş prokuror bildirib ki, hadisə nəticəsində 63 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib: "Yaralanan şəxslərdən 26 nəfər Tərtər, 10 nəfər Ağcabədi, 14 nəfər Ağdam, 6 nəfər Füzuli, 2 nəfər Goranboy, 2 nəfər Bərdə, 1 nəfər Daşkəsən, 1 nəfər Xocalı, 1 nəfər isə Cəbrayıl sakinləridir. Xəsarət alanlardan 56 nəfər kişi, 6 nəfəri qadın, 1 nəfər isə uşaqdır.
Düşmən təxribatı nəticəsində 181 ev, 44 mülki obyekt yararsız vəziyyətə düşüb.